Özüm başda olmaqla ətrafımda 0-dan başlayıb, hər bir çətinliyə rəğmən, daydaysız, tapşırıqsız, dəstəksiz, hədiyyə və hörmətsiz “kimsə” ola bilən, arzularının arxasınca zəhmət, məqsəd, əzmlə gedərək reallaşdıran, “özünə gün ağlayan” insanlar tanıyıram.
Bu sözləri müğənni və aparıcı Murad Arif instaqramda yazıb.
O, bir çox sahədə mövcud olan problemlərin tezliklə həll olunacağına inanır:
“Əminəm ki, belələrinin sayı minlərlədir. Bacılarım, dostlarım, müxtəlif sahədə mütəxəssis olan yüzlərlə insan, öz ağlıyla yüksələn, kasıb ailənin uşaqları, əyalətdən Bakıya köçüb dəyərə çevrilən gənclər…
Azərbaycan yalnız ərazi deyil, Azərbaycan yalnız gömrük-hüquq-səhiyyə-təhsil-media-zövq problemləri deyil, Azərbaycan həm də insanlardır. Ona görə də ümidliyəm ki, yaxşı olacaq. Olmalıdır”.