Rusiya Xarici İşlər Nazirliyi Mariupolun ukraynalı müdafiəçilərinin rus əsgərləri ilə mümkün mübadiləsi barədə danışmağı tez adlandırıb.
Medinews.az xəbər verir ki, Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Andrey Rudenko bu barədə açıqlama verib və bu sözləri söyləyib:
“Təslim olanlar layiqli şəkildə mühakimə olunduqdan və hökm çıxarılandan sonra hər şeyi nəzərdən keçirəcəyik. Ondan sonra başqa addımlar da ola bilər. Ondan əvvəl mübadilə ilə bağlı hər şey tezdir.”
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Ukraynada Sumı vilayətində mülki vətəndaşı öldürməkdə təqsirli bilinən Vadim Şişimarinin ömürlük həbslə dəyişdirilməsi ehtimalını belə şərh edib.
Leyla