Şənbə, 2 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Azərbaycanda referendum olacaq?

TURAN
25/05/2022 14:54
A A
183
BAXIŞ
FacebookTwitterTelegram

Azərbaycanda hökumətin konstitusiyada dəyişiklik edilməsi üçün referendum səsverməsinə hazırlaşması ilə bağlı bəzi iddialar var.

Medianews.az  “BBC News Azərbaycanca”ya istinadən xəbər verir ki, vaxtilə müxtəlif seçkilərdə iştirak etmiş bəzi məntəqə-seçki komissiyalarının keçmiş üzvləri də referenduma “gizli hazırlıqla” bağlı məlumatı təsdiqləyiblər, amma anonim qalmaq istəyiblər. Bakı, Gəncə, Şamaxı və Mingəçevir şəhərlərində olan həmin mənbələrin bildirdiyinə görə, yerli icra orqanları onları yenidən çağıraraq, referendumda məntəqə sədri və ya sədr köməkçiləri olmaq üçün “adlarına bank kartı açdırmağı” tapşırıb. Buna əsas səbəb isə seçki öncəsi üç aylıq hazırlıq mərhələsində onlara “rəsmi qaydada aylıq məvacibin” ödənilməsidir.

Sayt əməkdaşları adına bank hesabı açılan bəzi üzvlərin yeni bank kartlarını görüb. Əvvəlki seçkilərdə bir neçə dəfə məntəqə sədrinin köməkçisi olan və hazırda proseslərə cəlb edildiyini deyən Bakı sakininin bildirdiyinə görə, hətta bəzi məntəqələr üzrə seçici siyahıları belə hazırlanaraq, artıq yerli icra orqanlarına təhvil verilib.

Mərkəzi Seçki Komissiyasından səslənən iddialarla bağlı mövqe almaq mümkün olmayıb.

Yeni Müsavat Media Qrupunun təsisçisi Rauf Arifoğlu da özünün hökumətdə təmsil olunan mənbələrinə istinadən növbəti aylarda ümumxalq səsverməsinin keçiriləcəyini bildirib. O, hətta konstitusiyaya dəyişiklik layihəsinin “hökumətin yuxarı təbəqəsinin ilkin müzakirələrindən keçdiyini” bildirib.

“Bildiyim qədəri ilə parlamentdə təmsil olunan millət vəkillərinin sayı 125 nəfər majoritar qaydada saxlanılmaqla, proporsional seçki ilə əlavə 50 nəfər artırılacaq. Beləliklə deputatların sayının qanun layihəsində 175 nəfərə çatdırılması nəzərdə tutulub” Rauf Arifoğlu qeyd edib.

Onun sözlərinə görə, Qarabağ müharibəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, eləcə də seçki və siyasi partiyalarla bağlı bəzi boşluqların olması hökuməti konstitusiyada dəyişiklik aparmağa məcbur edir.

Media qrupunun təsisçisi deyir ki, erməni əsilli əhalini Azərbaycan vətəndaşlığına almaq, Xankəndi və ətraf ərazilərdə Azərbaycanın suveren haqlarını bərpa eləmək Azərbaycan üçün mühüm məsələdir.

O bildirib ki, hazırda Azərbaycan buna [referendum seçkilərinə] dövlət olaraq hazırlaşır və bu istiqamətdə Ermənistan tərəfinin də iştirakı ilə Brüssellə danışıqlar aparır.

“Azərbaycan hökuməti məcburdur müasir çağırışlara və dünya standartlarına cavab verən elə demokratik sistem qursun ki, həmin sistem içərisinə aldığı yad toplumu da qorusun. Bura həmin toplumun seçib-seçilmək və digər hüquqları daxildir. İndiki şəraitdə bu imkanlar yoxdur və hətta bəzi məhdudlaşdırıcı elementlər var. Ona görə də, bununla bağlı istər seçki haqqında qanunun, istərsə də konstitusiyanın təkmilləşdirilməsinə ehtiyac var. Lakin dəyişikliklər erməni əhali üçün nəzərdə tutulmayıb, ümumilikdə ölkədə qanunvericilik və seçki sisteminin yüksəldilməsinə hesablanıb”, – Rauf Arifoğlu əlavə edib.

Avropa İttifaqı Şurasının prezidenti Charles Michel bazar günü Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan görüş çərçivəsində Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunmasının vacibliyinə toxunub.

Rauf Arifoğlunun fikrincə, əgər prioritetlər dəyişməzsə, xüsusi ilə də yaxın aylarda “Sərsəng, Xocavənd və Xocalı istiqamətlərində hərbi əməliyyatlar olmazsa”, payızda Azərbaycanda “referendum keçiriləcək və konstitusiyaya dəyişiklik ediləcək”.

“Qarabağla bağlı deyil”

Referendum seçkisinin keçirilməsi iddialarından xəbərdar olduğunu deyən siyasi təhlilçi Azər Qasımlı bildirib ki, hökumətin nəzərdə tutduğu dəyişiklik Qarabağla bağlı deyil, siyasi sistemin özündə dəyişiklik aparmağa hesablanıb. Bura ölkədə proporsional seçki sistemini bərpa etmək kimi məsələlər daxildir.

Konstitusiyaya dəyişikliyə gəldikdə isə siyasi təhlilçi, mövcud konstitusiyanın “sıfırdan yazılmalı” olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda siyasi sistemdə “desentralizasiya” baş verməli, kiçik ərazilərdə yerli özünü-idarəetmə orqanlarının [bələdiyyələrin] imkanları artırılmalı, böyük şəhərlərdə isə seçkili orqan olaraq – mer idarəetmə forması qurulmalıdır.

“Bu çərçivədə Qarabağda yaşayan ermənilərə də demokratik haqların tanınmasının tərəfdarıyam. Yəni əlavə status deyil, məhz bu şəkildə Azərbaycanın demokratikləşməsi prosesi daxilində onların da hüquq və azadlıqları təmin edilməlidir”, – Azər Qasımlı bildirib.

“Konstitusiyaya dəyişiklik zəruridir”

Millət vəkili Fazil Mustafa da konstitusiyaya dəyişiklik edilməsinin zəruri olduğu fikrindədir. Onun sözlərinə görə, bəzi vaxtlarda ölkə konstitusiyasına “tələm-tələsik müddəalar salındığı” üçün bəzi boşluqlar var. Buna nümunə olaraq, o, bələdiyyələrin Milli Məclisdə hesabat verməməsi, eləcə də fərqli qurumların bir-birinə hesabat təqdim etməmələrini göstərir.

Referenduma hazırlıqla bağlı onda heç bir məlumatın olmadığını deyən parlament üzvü indiki məqamda bu iddiaların inandırıcı olmadığını bildirib. O, əlavə edib ki, referendumun keçirilməsinə yalnız Ermənistanla yekun sülh sazişinin imzalanmasından sonra ehtiyac yarana bilər.

“Qarabağ münaqişəsinə görə, bir sıra məsələlərdə konstitusiyada insan hüquq və azadlıqları ilə bağlı müddəalarda bəzi məhdudlaşdırmalara gedilirdi. Hərbi vəziyyət vaxtı insan azadlıqlarının xeyli məhdudlaşdırılması nəzərdə tutulurdu. Sülh müqaviləsi bağlanandan və müharibə riski azalandan sonra bu kimi müddəalarda müəyyən yumşalmalara gedilə bilər və ya azsaylı xalqlarla bağlı müddəalar genişləndirilə bilər”, – Fazil Musatafa BBC News Azərbaycancaya bildirib.

Siyasi partiyalar: “…xəbərimiz yoxdur”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli hökumətin referendum seçkiləri və parlament üzvlərinin sayını artırması barədə planlarından xəbərsiz olduğunu bildirib.

Hökuməti referendum seçkisinə “gizli hazırlaşmaqda” ittiham edən AXCP sədri deyir ki, əgər hakim partiyanın belə bir planı varsa, bunu dərhal ictimailəşdirməlidir.

O, həmçinin Azərbaycan hökumətini heç bir ictimai müzakirə olmadan, ictimai-siyasi qüvvələr arasında müzakirə aparmadan, qəfildən konstitusiyaya dəyişiklik etmə taktikasından “əl çəkməyə” çağırıb.

Bununla belə o, konstitusiyada köklü dəyişiklik aparılmasının zəruri olduğunu qeyd edib.

“Hesab edirəm, hakimiyyət bölgüsü və parlamentin icraedici hakimiyyətə nəzarət mexanizmləri qurulmalıdır. Çünki hazırki parlament bütün ciddi səlahiyyətlərdən məhrum edilib. Prezident hakimiyyətinin səlahiyyətlərinin müəyyən hissəsi parlamentə verilməlidir. Bundan əlavə, məhkəmə hakimiyyətinin müstəqilliyi üçün konstitusiyada hüquqi təminatlar yaradılmalı, seçki sistemində dəyişiklik aparılmalı və qarışıq seçki sistemi əsas götürülməlidir.

Onun sözlərinə görə, qarışıq seçki sistemində nəzərdə tutulur ki, seçilən deputatların 50 faizi majoritar, 50 faizi isə proporsional qaydada seçilsin.

Əli Kərimli deyir ki, əgər layihə doğrudan da iddia edildiyi kimidirsə, o zaman bu bərabərlik pozulub və əgər yalnız 50 nəfərin proporsional formada seçilməsi nəzərdə tutulursa, bu da ciddi dəyişiklik hesab olunmayacaq.

REAL partiyasının sədri İlqar Məmmədov da referendum seçkiləri ilə bağlı məlumatsız olduğunu bildirib.

“Hazırda biz parlamentdə boş qalan 7 yer üçün seçkilərin keçirilməsini istəyirik və bu yerlər uğrunda imza kampaniyası aparırıq. Lakin qeyd etdiyiniz məqamlar barədə heç bir ciddi məlumatım olmadığı üçün fikir bildirmək istəmirəm”, – REAL sədri əlavə edib.

“Referenduma ehtiyac yoxdur”

Hakim partiyanın parlamentdə təmsil olunan üzvləri Səməd Seyidov və Aydın Mirzəzadə də referendum seçkisi ilə bağlı məlumatsız olduqlarını deyiblər. 

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadənin fikrincə, hazırki sistem “Azərbaycanın tələblərini ödədiyi” üçün hər hansı referenduma da ehtiyac qalmır.

“Onsuz da Azərbaycanda 30 minə yaxın erməni yaşayırdı və onlar konstitusiyada verilən bütün hüquq və azadlıqlardan istifadə edirdilər. Hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə yaşayan ermənilər həmin ərazilərdə yaşamaq istəyəcəklərsə, bütün Azərbaycan vətəndaşlarının malik olduğu hüquqlara onlar da malik olacaqlar”, – Aydın Mirzəzadə deyib.

Sonuncu dəfə Azərbaycanda 26 sentyabr, 2016-cı ildə konstitusiyaya dəyişiklik etmək məqsədi ilə referendum keçirilib.

Konstitusiyaya edilən dəyişiklik nəticəsində Azərbaycanda prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılıb, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyəti verilib və prezidentlik vəzifəsi üçün tələb olunan minimal [35 yaş] yaş həddi aradan qaldırılıb. Bundan əlavə, dəyişiklik nəticəsində Azərbaycanda vitse-prezidentlik postu yaradılıb.

DAHA ÇOX OXU

export

Sel sularında həlak olan gənc qızla bağlı YENİ XƏBƏR – Paltarını dəyişmək üçün evə qayıdarkən …

02/07/2022
export

Məşhur aktyorun çəkildiyi serialın ilk görüntüləri YAYILDI – FOTOLAR

02/07/2022
1-MANŞET

Baydenin “Türkiyəyə F-16 satmalıyıq” sözləri ABŞ-ı qarışdırdı – Senatorlar bunu “şok” adlandırdılar

02/07/2022
export

22 yaşlı gənc söyüş söyən şəxsi küçənin ortasında silahla öldürdü – ANBAAN VİDEO

02/07/2022
1-MANŞET

Zelenskidən Putinin xəstəliyi ilə bağlı ŞOK AÇIQLAMA: “Düşündüyünüzdən daha pisdir”

02/07/2022
export

Tanınmış yoqa müəllimi sevgilisi tərəfindən öldürüldü – 30 bıçaq zərbəsi vurub (FOTOLAR)

02/07/2022
SON XƏBƏR

Sürücülərə VACİB XƏBƏR VAR - 40 manat cərimə oluna bilərsiniz - VİDEO

Selçuk Bayraktar Bakıda ilk dəfə döyüş təyyarəsi sürdü - VİDEO

4 helikopterin umu-küsüsündən 2 “Akınçı”ya qədər keçilən uzun, şərəflitarix: İki liderin tək yolu

Xəbər lenti

Sel sularında həlak olan gənc qızla bağlı YENİ XƏBƏR – Paltarını dəyişmək üçün evə qayıdarkən …

2022/07/02 19:40

Məşhur aktyorun çəkildiyi serialın ilk görüntüləri YAYILDI – FOTOLAR

2022/07/02 19:29

Baydenin “Türkiyəyə F-16 satmalıyıq” sözləri ABŞ-ı qarışdırdı – Senatorlar bunu “şok” adlandırdılar

2022/07/02 19:18

22 yaşlı gənc söyüş söyən şəxsi küçənin ortasında silahla öldürdü – ANBAAN VİDEO

2022/07/02 19:07

Zelenskidən Putinin xəstəliyi ilə bağlı ŞOK AÇIQLAMA: “Düşündüyünüzdən daha pisdir”

2022/07/02 18:56

Tanınmış yoqa müəllimi sevgilisi tərəfindən öldürüldü – 30 bıçaq zərbəsi vurub (FOTOLAR)

2022/07/02 18:45

Parlamentin iclasına körpəsi ilə gələn deputat qalmaqala səbəb oldu – FOTOLAR

2022/07/02 18:22

“Bakıda keçirilən Ümundünya Şəhər Forumu dünyada şəhərsalma mədəniyyətinə böyük töhfələr verəcək”.

2022/07/02 18:10

Fırtına gəmini ikiyə böldü: 50-dən çox adam itkin düşüb – QORXUNC GÖRÜNTÜLƏR

2022/07/02 18:06

4 milyardlıq fırıldağa imza atan “Kripto kraliçası” axtarılır – Yerini deyənə 100 min dollar veriləcək

2022/07/02 17:50

“Çeburaşka”nın yaradıcısı vəfat edib

2022/07/02 17:32

Yoldan keçən gənc qadını başından silahla vurdular – ANBAAN VİDEO

2022/07/02 17:30

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Köpəkbalığı 68 yaşlı qadını parça-parça etdi – VİDEO

2022/07/02 17:21

Cənublu müğənni ilə Rəqsanə arasında qalmaqal: “Alver etmirik ki…” – VİDEO

2022/07/02 17:05

Dəhşətli qəzada ölən Orxanla Sona tələbə imiş… – FOTO

2022/07/02 16:47

Qurban Qurbanovdan gənclərə dərs: Heç bir zərbəsi boşa getmədi – VİDEO

2022/07/02 16:31

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

2022/07/02 16:21

Almaniyada qətl törədən azərbaycanlı axtarışa verilib, prosesə helikopterlər cəlb olunub

2022/07/02 16:14

Leyla Quliyeva həyat yoldaşı ilə konsertdə – Foto

2022/07/02 16:01

Payıza doğru karantin sərtləşdirilə bilər: Həkimdən xəbərdarlıq

2022/07/02 15:48

Sevda geyimlərinin qiymətini açıqlayan həmkarlarını tənqid etdi

2022/07/02 15:35

Dəhşətli qəzada ölən sürücü məşqçi imiş- FOTO

2022/07/02 15:21

Vətəndaşların NƏZƏRİNƏ: Evlərini sığortalamayanlar cərimələnəcəklər – VİDEO

2022/07/02 14:51

Kamil Zeynallı: “Məni öldürmək fikrindədirlər” – FOTO

2022/07/02 14:51

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.