ABŞ-ın Texas ştatının Uvalde şəhərində orta məktəbdə baş verən atışma nəticəsində 15 nəfər həlak olub.
“Report”un xəbərinə görə, bu barədə ştatın qubernatoru Qreq Ebbott bildirib. O, qeyd edib ki, həlak olanlardan 14-ü şagirdlər, 1-i müəllimdir.
Hadisəni törədən cinayətkar polis tərəfindən zərərsizləşdirilib.
Yaralı məktəblilərdən ikisi San-Antonio şəhərindəki xəstəxanaya aparılıb. Bundan əlavə, insident zamanı 45 yaşlı kişi güllə yarası alıb.
Yerli KİV-in məlumatına görə, hadisə yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 21:00-da) baş verib.
Hadisənin başvermə səbəbləri və digər yaralıların vəziyyəti açıqlanmır.
Daha əvvəl atışma zamanı 2 şagirdin həlak olduğu, 13 məktəblinin yaralandığı bildirilirdi.