ABŞ-ın Kaliforniya ştatında quraqlıq səbəbindən müəyyən yerlərdə qazonların suvarılması qadağan edilib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya rəsmilərinin yeni qərarına əsasən, kommersiya, sənaye və institusional obyektlərdəki “disfunksiyalı” qazonların suvarılması üçün içməli suyun istifadəsi qadağandır.
Evlərin bağçalarına şamil edilməyəcək qərarda idman salonları, insanların toplaşdığı otlu ərazilər və ağacların sağlam saxlanması üçün suvarma üçün güzəştlər edilib.
Elm adamlarının dediyinə görə, ABŞ-ın qərbində baş verən iyirmi illik “meqa quraqlığın” bir hissəsi olan Kaliforniya üçüncü ilin quraqlığını yaşayır.
Bu il yanvar-mart ayları Kaliforniyanın ən azı bir əsrdə yaşadığı ən şiddətli quraqlıq kimi qeydə alınıb.
Medianews.az