Çərşənbə axşamı, 5 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Zəngəzur dəhlizi reallaşır

LEYLA
24/05/2022 12:56
A A
49
BAXIŞ
FacebookTwitterTelegram

“Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb və sözügedən komissiyanın tərkibi müəyyənləşib. Dövlət Komissiyasının tərkibində Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, Qazax Rayon İcra Hakimiyyətinin başçısı, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı yer alması xüsusi diqqət çəkir”.

Bu fikirləri siyasi şərhçi Turan Rzayev Medianew.az saytına açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, aydın məsələdir ki, Dövlət Komissiyasının tərkibində yer alan rayon icra başçıları Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən rayonların icra başçılarıdır. Bununla belə Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, Qazax Rayon İcra Hakimiyyətinin başçısı, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı yer alması həm də ondan xəbər verir ki, rəsmi Bakı delimitasiya prosesi çərçivəsində Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndini də prosesinə daxil edəcək.

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də Brüssel görüşün yekunlarına dair mətbuata açıqlamasında qeyd etmişdi ki, yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. Burada sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər həll ediləcək. Göründüyü kimi, rəsmi Bakı prosesə öncədən hazır idi və qarşıdan gələn Sərhəd Komissiyalarının ilk birgə iclasında Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılmasına dair tələbini irəli sürəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlət başçısı Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə məlumat verib. Prezident İlham Əliyev görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə toxunub.

Prezident üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da keçirilən görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib. Hər iki ölkə başçısının Brüssel görüşünü müsbət dəyərləndirməsi həm də ondan xəbər verir ki, görüşdə təkcə Bakının deyil, həm də Ankaranın maraqları təmin edilib”.

Siyasi şərhçinin sözlərinə görə, indiki məqamda Türkiyəni maraqlandıran əsas məsələ məhz Zəngəzur dəhlizidir.

“Təsadüfi deyil ki, Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Brüsseldə keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılıq əldə olunduğunu bildirib.

Bakı Qazaxın 7 kəndini, Naxçıvanın Kərki kəndini geri almaq yönündə uğur əldə edib, eyni zamanda Bakı-Ankara ortaq maraqları naminə Zəngəzur dəhlizinin açılmasını prioritet olaraq gündəlikdə saxlayır”.

Leyla

DAHA ÇOX OXU

Dünya

“Instagram”dan yenilik

05/07/2022
Dünya

Böyük Britaniya Belarusa qarşı sanksiyalar tətbiq etdi

05/07/2022
1-MANŞET

İstidə təzyiqi tarazlaşdırmağın yolları

05/07/2022
Dünya

Metro xəttində partlayış: 1400 sərnişin təxliyə edilib

05/07/2022
Dünya

Almaniya qapılarını türk işçilərinə açdı: Hava limanlarından sonra yeni sektor işçi axtarır

05/07/2022
Dünya

NATO-dan İsveç və Finlandiya açıqlaması

05/07/2022
SON XƏBƏR

ABŞ-dan NATO böhranı ilə bağlı bəyanat

İraqdan gələn qum fırtınası Türkiyəyə də təsir etdi

Fotolarda gözəl düşməyin sirrləri

Xəbər lenti

Ronaldo İspaniyaya qayıdır – Özü də bu kluba

2022/07/05 13:00

“Instagram”dan yenilik

2022/07/05 12:20

Bakıda “Location” gecə klubundakı partlayışla bağlı aparılan ibtidai istintaq başa çatıb

2022/07/05 12:14

Aqşin Fateh botoks iddialarına cavab verdi – VİDEO

2022/07/05 12:07

Böyük Britaniya Belarusa qarşı sanksiyalar tətbiq etdi

2022/07/05 12:03

İstidə təzyiqi tarazlaşdırmağın yolları

2022/07/05 11:44

Metro xəttində partlayış: 1400 sərnişin təxliyə edilib

2022/07/05 11:30

Roza Zərgərli: “Hələ cavanam, elçilərim çoxdur” – VİDEO

2022/07/05 11:22

Almaniya qapılarını türk işçilərinə açdı: Hava limanlarından sonra yeni sektor işçi axtarır

2022/07/05 11:11

Agentlikdə Mediasiya Şurasının İdarə Heyətinin sədri ilə görüş keçirilib

2022/07/05 11:07

NATO-dan İsveç və Finlandiya açıqlaması

2022/07/05 10:45

Qəbələ Uşaq Reabilitasiya mərkəzində bir gün

2022/07/05 10:41

Bu ölkədə fövqəladə vəziyyət elan edildi, sudan istifadəyə məhdudiyyət qoyuldu

2022/07/05 10:37

Meymun çiçəyi epidemiyası xəbərdarlığı

2022/07/05 10:21

Sumqayıtda qadına təpik vuran avtobus sürücüsü işinə qaytarıldı – Video

2022/07/05 09:57

Hüseyndən həyat yoldaşına: “80 manatlıq restoranda yemək yesən…”

2022/07/05 09:53

“Son zəng”dən əvvəl yoxa çıxdı, 22 gün sonra meyiti tapıldı

2022/07/05 09:42

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər, ölüm anında ağlaya-ağlaya etiraf etdi – Habil Əliyevdən 10 qeyri-adi fakt

2022/07/05 09:31

Səfir: “Azərbaycan indiyədək Ukraynaya 20 milyon dollarlıq humanitar yardım göndərib”

2022/07/05 09:27

“Al bu 50 mini, 1 ay ərzində mənim 150 minimi yığ, ver” – Aparıcıdan ŞOK AÇIQLAMA

2022/07/05 09:20

Butulka satıb ailəsinə baxdı, 10 yaşında analıq elədi, Aygün Kazımova ilə əlbəyaxa oldu

2022/07/05 09:08

Türkiyə saxlanılan Rusiya gəmisindəki taxılın mənşəyi ilə bağlı araşdırmaya başlayıb

2022/07/05 08:08

Böyük Andron Kollayderi yenidən işə salınacaq

2022/07/05 07:47

Rusiyada PUA yaşayış evinin üzərinə düşdü – VİDEO

2022/07/05 07:21

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.