Rusiya ilə Ukrayna arasında müharibənin aylardır davam etdiyi bir vaxtda Ukraynanın xarici işlər naziri Kuleba açıqlama verib.
Medianews.az xəbər verir ki, sosial media hesabından açıqlama verən Kuleba ortaqlarına səslənərək silah-sursat dəstəyi istəyib.
“Ukraynanın artıq ehtiyac duyduğu bütün silahlara sahib olduğu qənaətinə gəlmək hələ tezdir.
Rusiyanın Donbasdakı hücumu İkinci Dünya Müharibəsindən sonra Avropa torpaqlarında ən böyük və ən qəddar münaqişədir. Mən tərəfdaşları silah və sursatların, xüsusilə MLRS (Çoxlu Barrel Raketalar Sistemi), uzaq mənzilli artilleriya, BTR (Zirehli Personel Daşıyıcı) tədarükünü sürətləndirməyə çağırıram”, – deyə Kuleba bildirib.
Leyla