Çərşənbə, 10 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“İnsan Allahdan qabaq anasını görür” – Xalq yazıçısı ilə MÜSAHİBƏ

XƏYALƏ
24/05/2022 13:43
77
BAXIŞ
FacebookTwitterTelegram

Müsahibimiz çox sevilən bir insan, Xalq yazıçısı Çingiz Abdullayevdir. Uzun müddətdir görüşmək üçün can atsam da, onun uyğun zamanı olmurdu. Özlüyümdə bu qədər görüşlərə, səfərlərə fiziki olaraq necə enerji çatdıra bilməsinə təəccüblənirdim. Nəhayət ki, görüşdük. Söhbət zamanı nə qədər alicənab, səmimi insan olmasının canlı şahidi oldum. Nə gizlədim, bütün qadınlar kimi mən də cənab “Dronqo”nun pərəstişkarına çevrildim. İlk başda mənə yorğun təsir bağışladı, elə söhbətə də belə başladıq.

Medianews.az Lent.az-ın Xalq yazıçısı Çingiz Abdullayevlə müsahibəsini təqdim edir.

 

– Yorğun görünürsünüz.

– Həddən artıq görüşlərim olur, yorğun görünməm normaldır. Köməkçilərim hesablayıblar, bu günə qədər ümumilikdə 170 məktəbdə görüşüm olub. Bu ay  Tibb Universitetində, Prokurorluqda görüşlərim oldu, Şuşaya, Gəncəyə səfər etdim. Sabah 3 tədbirim var. Ramanada oxucularla bir görüşüm olasıdır. Bu görüşlərdən sonra 5 nəfər kitab oxusa, bu artıq uğurdur.


– Bu qədər görüşləriniz səfərləriniz olur. Bəs  yazmağa necə zaman tapırsınız?

– Gecələr. Çox az yatıram. Görüşlərə dəvət edirlər, getməyəndə də inciyirlər. 2 ay öncə  yazılanlar var. Sabirabad, Naxçıvan, Quba  küsüb.

– Kimsənin kiminsə kitabını oxumadığı bir dövrə gəlib çıxmışıq. Sözün həqiqi və məcazi mənasında. Bu  yazıçılar  üçün ağrılı bir məqam olmalıdır…

– Universitetlərdən birində görüş zamanı bu sözü dekan müavini də demişdi. Mən dedim “kim mənim kitabımı oxumayıb, əlini qaldırsın”. 500 nəfərdən bir neçə nəfər əl qaldırdı. Mən şəkərbura deyiləm ki, hamı bəyənsin, məni oxumaz, başqasını oxuyar. Bizim gələcəyimiz bu nəsillərin əlindədir. Kitab başqa bir dünyadır və o həmişə oxunacaq. Düzdür, internet var, telekanallar var, amma kitab müqəddəsdir. Nəsimini, Nizamini bu gün oxumurlarmı? Oxuyurlar. Bütün dinlər kitabdan başlayıb. Kitab möcüzələrin açarıdır.

– Kitablarınızın əsas prinsipi insan olmağı öyrətməkdir? Bir əsərinizdə “İnsan olmaq çətindir” yazmışdınız…

– Mənim əsas prinsipim Allah tərəfində vuruşmağa inandırmaqdır. İnanmaq lazımdır. Borxes demişdi ki, insanlar heç olmasa, bircə faiz Tanrının varlığına inanmalıdırlar. Hamımızı Tanrı yaradıbsa, onda İblisi də Tanrı yardıb. Nəyə görə yaradıb? Tanrı qəsdən İblisi yaradıb ki, insan seçim edə bilsin. Mən inanıram ki, kitablarımla insanlara Allah tərəfini seçməyə kömək edirəm. Belə bir kitabım da var-”Allah tərəfində”

– Siz müsəlmansınız?

– Əlbəttə. Mən Məkkədə, Mədinədə, Kərbəlada, Qüdsdə, Məşhəddə olmuşam. İmam Hüseyni, onun inancı, ideyaları yolunda həlak olmasını qəhrəmanlıq hesab edirəm.
Çox istərdim axirət olsun, bunu ən çox mən istərdim. Elə ona görə deyirəm ki, insan olmaq çətindir. Tanrıdan qorxmadan, hansısa mükafat gözləmədən insan kimi yaşamaq asan deyil. Elə yaşamalısan ki, öləndə səni heç olmasa 10 ləyaqətli insan dəfn eləsin. Hər şey bu dünyadadır. Bax İslamda deyirlər ki, 3 qızı olanın yeri Cənnətdir. Mən deyirəm ki, kimin 3 qızı varsa, o cənnəti elə burda yaşayacaq. O qızlar atalarını elə sevəcək, elə əzizləyəcəklər ki, ata özünü Cənnətdə hesab edəcək.

– İmkan olsaydı, o tərəfdə kiminlə yoldaş olmaq və ya görüşmək istərdiniz?

– Belə bir imkan olsaydı, atamla danışmaq istərdim. Onunla yuxularımda çox danışıram. Ən az ayda 2 dəfə. Mən valideynlərimi doya-doya görmüşəm, amma yenə də çox yaşamalarını istəyərdim. Nə qədər ata-ana yaşayır, deməli, sən hələ uşaqsan, xoşbəxtsən. Biz valideynlərimizə onları sevdiyimizi dönə-dönə deməliyik. Bir dəfə məndən radioda nəyi eləmədiyimi soruşdular. Dedim “atama onu sevdiyimi deməmişəm və buna görə çox peşmanam. Baxmayaraq ki, biz dost kimi idik onunla”. Bu sözü deyəndə dostum Bəhram Bağırzadə hönkür-hönkür ağladı və dedi ki, mən də deyə bilməmişəm. Nə qədər ki, biz onları itirməmişik, bunu deməliyik. Utanırıq ata- anaya öz sevgimizi bildirməyə. Deyin, bəlkə bununla onların ömrünü 3-4 gün uzadacaqsınız. Ən böyük xoşbəxtlik odur ki, evinə qayıdıb atanı-ananı evdə görürsən.

– Qadınlara da fərqli bir münasibətiniz var?

– Əsl kişi münasibəti (gülür)

– Amma hər kişi də sizin kimi düşünmür. Bizdə kişilər sevgini də, sahiblənməyi də fəqrli anlayırlar. Tipik Azərbaycan kişisinin fikrincə qadın hər sahədə ondan bir neçə addım geridə dayanmalıdır.

– Ağıl uşağa anadan keçir.Ona görə qadın savadlı güclü olmaldır. Qadın və kişilər iki ayrı sivilizasiyadır. Əgər kişi qadını döyürsə, incidirsə, arxaya itələyirsə o ümumiyyətlə kişi deyil. Axı biz anadan olanda ilk olaraq Allahı görmürük, anamızı görürük, qadını görürük. Bunu eşitmək istəmirsənsə, heç olmasa müsəlman kimi yadına sal, peyğəmbər “cənnət anaların ayağı altındadır” demişdi.

 

– Məsələ ondadır ki , həmin kişilər analarına qarşı yox, xanımlarına qarşı kobud mövqe sərgiləyirlər.

– Birincisi o qadın da ana olur gec və ya tez. İkincisi xanımına qarşı pis olan kişinin, elə anasına qarşı da da münasibəti düz olmayıb. Qızını sevən adam imkan verməz ki, arvadını əzələr. Evi idarə edən qadındır. Uşaqla məşğul olan qadındır. Kişi evdə pərdə, pal-paltar, qab-qacaq davası eləsə, nə kişidir. Kişi getsin pul qazansın,ailəsini dolandırsın, vuruşsun, vətəni qorusun. Qadının 30, kişinin 40 yaşında xarakteri oturuşur. Dünyaya övlad gətirən qadın dünyanın ən böyük sirrini bilir. Onun fikri harda olsa da, intuitiv bir xətlə övladına bağlıdır. Ana olan qadın möcüzədir və o bilir ki, onun həyatından daha vacib bir şey var-övladının həyatı.

– Cəmiyyətin kişilərini özünüzə qarşı qaldırmaqdan qorxmursunuz?

– Yox qorxmuram, əsl kişilər məni başa düşəcək. Kişi getsin bir dəfə doğsun, görsün qadın olmaq nə deməkdir. Bizim ölkədə 4 vacib vəzifədən ikisini qadınlar tutub. Vitse-prezident və parlament spikeri. Qadın hüquları şərqdə ilk dəfə Azərbaycanda təsbit edilib. Sadəcə, cəmiyyətimiz özü-özünə divarlar hörüb və bunun içində özünü əzir. Murad Adıgözəlzadə mənim dostumdur, onun 4 qızı, bir oğlu var. Deyirəm Cənnətdə sənin ayağının altına qırmızı xalı sərib gözləyəcəklər. VİP yerin hazırdır. Hər bir ata qızı olandan sonra başa düşür ki, ondan böyük hədiyyə ola bilməzdi. Mən qızımın toyunda dedim, hər qadının həyatında 3 sevdiyi kişi olmalıdır. Atası, əri və oğlu. Qadını bu 3 kişinin məhəbbəti qorumalıdır.

– İslamda qadına hörmətdən danışdınız, amma bizim kişilər də islamdan ən çox özlərinə yarayanı əzbərləyirlər.

– Hə, 4 dəfə evlənmək məsələsini( gülür). Qadınları müdafiə etməyəcəksə, ziyalılar nəyə lazımdır? Biz kütləni aparmalıyıq, kütlə bizi yox. Əsrlər boyu sevgidən məhəbəbətdən yazmışıq. Məhəbbətdə bir tərəf kişidirsə, bir tərəf də qadındır.

– “Sevgi iki nəfərin valsıdır” deyə eşitmişdim. Bizdə sevgi də, ailə qurmaq da “Yallı” kimi kollektiv məsələyə çevrilir.

– Ata-ana əlbəttə məsləhət verməlidirlər. Zor tətbiq etmədən. Xoşbəxt ailə xoşbəxt uşaqlar deməkdir. Bizdə boşanmış kişi sərbəst adamdır, subay oğlan kimi yenidən evlənə bilər, boşanmış qadın isə çox ağrılar yaşamalı olur. Cəmiyyət qadınları anlamalıdır. Qadın deməsin, gülməsin niyə? Bəzən deyirlər kişilər qalmayıb. Qalıb. 3000 şəhid vermişik, mən inandım ki bizim gözəl kişilərimiz yetişib. Onlar bizə inanıb həyatlarından keçiblər. O 3000 nəfər əsl kişilər idilər.Uşaq evdə atanın daim zorakılıq etdiyini görürsə, hansı psixologiya ilə böyüyəcək?

Bütün qadınların sevdiyi bir kişi-Dünyada onun adına 6 qadın klubu var

-Tək qalsaydınız sizcə uşaqlarınızı tək yetişdirə bilərdiniz?

– Onu deyə bilmərəm. 35 ildir ailəliyəm və bunu heç düşünməmişəm.

– Evdə xanıma zarafatla deyirsinizmi ki, məni bərk qoru, sevənlərim çöxdur?

– Bilir. Dünyada Çingiz Abdullayev adına 6 qadın klubu var. Qırğızıstanda mənə həsr olunmuş “Dronqo” klubu var prezidenti Qırğısıztanın eksprezidenti Roza Otunbayeva idi. Yığışırlar, danışırlar, yəni bu qadınlar hamısı birləşib, bir kişini sevirlər və o kişi indi sizinlə danışır (gülür).

– Xanımınız sizi anlaya bilir ?

– Əsas odur, məni insan kimi başa düşür. Yazıçı kimi anlamasa da olar.

– Məşhur bir kişinin xanımı olmaq asan yük olmamalıydı.

– Məncə də asan deyildi. Bir gün mən və bir məşhur dostum pillələri qalxırdıq və arxadan 5 xanım gəlirdi. O, əlini pilləkənin məhəccərinə söykəyib yuxarı qalxdıqca, arxadan gələn xanımlar onun əli dəyən yerdən öpürdülər. Söhbət Müslüm Maqomayevdən gedir. Qadınlar onun mindiyi avtomobili havaya qaldırmışdılar, ağ “Volqa” pomada izlərindən qıpqırmızı olmuşdu. Onda Tamara Sinyavskaya dünyanı dağıtmalıydı?

– Bir az da övladlarınızdan danışaq. Uşaqların karyerasında sizin rolunuz olub?

– Onların şəkillərini heç yerdə vermirəm. Sevmirlər. Adlarını çəkmirəm. Uşaqlar hüquqşünadırlar. Qızım rəssam kimi ən gözəl rəssamların ensklopediyasına daxil edilmişdi, bununla belə o da mənim kimi hüquqşünaslığı seçdi. Biz ailəliklə hüquqşünasıq. 8 il bu sahədə işləmişəm. Ailəmdən danışmışkən bir maraqlı məqamı da yada salım. Mən ən cavan Xalq yazıçısı adını almış insanam. Bu ad mənə 45 yaşımda verilib. Adətən bu adı ən tez 60, 70, 80 yaşda alırlar. 50 yaşdan tez heç kəs almayıb. 50 yaşda bu ad bircə Səməd Vurğuna verilib. Mənə veriləndə 3 gün gözlədim, desinlər ki, bu bir zarafat idi.

– Yaratdığınız obrazlarda, qəhrəmanlarınızda sizdən nələrsə varmı?

– Mütləq . Geyimlərində, xarici görünüşlərində mütləq məndən bir şeylər var. Mənim geyindiyim brendlər, istifadə etdiyim ətirlər onlarda da var. 32 dildə, 30 milyon kitabım nəşr olunub. İnsanlar mənim özümə yox, kitablarıma, ordakı obrazlara vurulublar

– Əsərlərinizdə qadın duyğularını həddən artıq inandırıcı verirsiniz. Bu qədər həssaslıq hardandır?

– Bilirsinizmi, Tolstoy “Hərb və sülh” romanında qadının doğuş sancılarını çox real verirdi, bu o demək idi ki, o doğuş sancısı çəkmişdi? Bu sadəcə hiss etməkdir.Yazıçı göyləri də görür, cəhənnəmi də. Rasim Ocaqov və Emin Sabitoğlu deyirdi ki, sən əslində dedektiv yazmırsan, sən tənhalığın təsvirini verə bilirsən, hər insanın ürəyində kiçik bir məzarlıq var. Sadəcə sevmək lazımdır. Hemenquey deyirdi ki, mən sevməsəm yaza bilməyəcəm. Mən də sevmədiym gün yaza bilmərəm.

 

– Sizcə neçə yaşa qədər sevəcəksiniz?

– Atam deyirdi ki, kişi 80 yaşından sonra müəyyənləşdirir, sevir yoxsa sevmir. Mən də görünür ölənə qədər sevəcəyəm. İnsan özünə yaxşı baxmalıdır. Mən hələ siqaretin dadını bilmirəm. İçki içmirəm. Yalnız təyyarəyə minəndə 100 qram içirəm. Mən təyyarədə yanmışam, qəzaya düşmüşəm, ona görə sakitləşim deyə içirəm. 200 qr içsəm lap rahat olaram. 300 qr içsəm onda uçmaq üçün mənə təyyarə lazım olmayacaq, təyyarənin qanadlarının yanında uçaram (gülür).

– Sizi bəlkə də insanların sizə olan sevgisini görmək də güclü və gənc saxlayır.

– Yaradıcılıq təvazökarlıq sevmir. Yazıçı yazır ki, oxunsun, indi insanlar sosial şəbəkələrdə like xatirinə şəkillər paylaşırlar, sən yazırsansa oxunmalıdır, görünməlidir, bilinməlidir. Mən duyğularımın oxunmasını sevirəm. Həddən artıq diqqət bir qədər insanı poza bilir. Bəlkə məni də pozubdur. Amma bu özlüyündə insana güc verir, enerji mənbəyidir. Dünyada elə bir kişi yoxdur desin ki, mən dost olmuşamsa sadiq olmamışam və elə bir qadın yoxdur desin ki, mən onu incitmişəm, aldatmışam.

– 81 ölkədə olmusunuz. Müxtəlif mədəniyyətlər, cəmiyyətlər görmüsünüz.

– Həm də müxtəlif xalqarın qadınlarını (gülür)

– Hə qadınları da soruşum onda. Cəmiyyətimizi və qadınlarımızı müqayisə edəndə, nə deyə bilərsiniz?

– Qadınlarımız ailə üçün özlərini qurban verəcək qədər fədakardırlar. Xaricdə qadın-kişi dalaşanda dava məhkəməyə gedir, qadın kişinin bütün sirlərini açıb tökür. Bizdə dalaşsalar da, barışırlar və qadın hər bir halda kişini müdafiə edir. Cəmiyyətimizin qüsurları olsa da, yaxşı cəhətləri çoxdur. O qədər eybəcər adətləri olan xalqlar var. Bizdə böyüyə kiçiyə hörmət, dəyərlərimizə sayğı var. Bəzi şeylər bizdə asan deyil. Düşünürəm ki, ikinci dəfə seçmək imkanım olsaydı, mən yenə Azərbaycanı, yenə Bakını seçərdim.

– Çingiz müəllim, bu qədər sevilirsiniz, pərəstişkarlarınız var. Müxtəlif ölkələrdə çoxlu sayda qadın tanışlarınız var? Başqa övladlarınızın olmadığına əminsiniz?

– 40-dan sonra heç bir kişi buna əmin ola bilməz(gülür).

– Olsa, qəbul edərdiniz?

– Yəqin sevinərdim (gülür). Əlbəttə, bütün bunlar hamısı zarafatdır.

DAHA ÇOX OXU

Anar Kərimovdan yeni təyinat
Mədəniyyət

Anar Kərimovdan yeni təyinat

10/08/2022 11:49
Qarabağda 42 abidə pasportlaşdırılıb – Dövlət Xidməti
Mədəniyyət

Qarabağda 42 abidə pasportlaşdırılıb – Dövlət Xidməti

10/08/2022 11:14
“Şou verilişi aparıb, analitik olmaqla deyil ki…”- Aparıcıdan Kamran Həsənliyə CAVAB
1-MANŞET

“Şou verilişi aparıb, analitik olmaqla deyil ki…”- Aparıcıdan Kamran Həsənliyə CAVAB

09/08/2022 18:39
Kamran Həsənlinin “televiziyalarımızda peşəkar mütəxəssisimiz yoxdur”- fikrini dəstəkləyirəm – Qulu Məhərrəmli
1-MANŞET

Kamran Həsənlinin “televiziyalarımızda peşəkar mütəxəssisimiz yoxdur”- fikrini dəstəkləyirəm – Qulu Məhərrəmli

09/08/2022 17:35
Mehriban Əliyeva Leyla Əliyeva ilə Mövlanə Muzeyində – FOTOLAR
1-MANŞET

Mehriban Əliyeva Leyla Əliyeva ilə Mövlanə Muzeyində – FOTOLAR

09/08/2022 16:58
Azərbaycanın Böyük Britaniyadakı səfiri danışdı – sensasion açıqlamalar…
1-MANŞET

Azərbaycanın Böyük Britaniyadakı səfiri danışdı – sensasion açıqlamalar…

09/08/2022 14:03
SON XƏBƏR
Azərbaycanlı müğənninin sinə dekoltesinə görə ifasını yarımçıq kəsdilər – VİDEO

Azərbaycanlı müğənninin sinə dekoltesinə görə ifasını yarımçıq kəsdilər - VİDEO

Vilayət Eyvazov polkovniki yüksək vəzifəyə təyin etdi

Vilayət Eyvazov polkovniki yüksək vəzifəyə təyin etdi

Məşhur şirkət bu reklam görə irqçilikdə ittiham olundu – VİDEO

Məşhur şirkət bu reklam görə irqçilikdə ittiham olundu - VİDEO

Xəbər lenti

Azərbaycan ordusu Xankəndiyə də girəcək: Erməni separatçılar müqavimət göstərə bilməyəcəklər

Azərbaycan ordusu Xankəndiyə də girəcək: Erməni separatçılar müqavimət göstərə bilməyəcəklər

10/08/2022 15:10

DİN-dən Səfər Mehdiyevi saxlayan polislərlə bağlı – Açıqlama

DİN-dən Səfər Mehdiyevi saxlayan polislərlə bağlı – Açıqlama

10/08/2022 14:59

“Azərbaycan KKTC-nin müstəqilliyini tanıya bilməyəcək” – Politoloq

“Azərbaycan KKTC-nin müstəqilliyini tanıya bilməyəcək” – Politoloq

10/08/2022 14:56

“Bəlkə başınızı puldan ayırıb cavab verəsiniz?” – Deputat OD PÜSKÜRDÜ

“Bəlkə başınızı puldan ayırıb cavab verəsiniz?” – Deputat OD PÜSKÜRDÜ

10/08/2022 14:46

Bakıda DƏHŞƏT: Siqaret pulu vermədiyinə görə anasını DÖYDÜ

Bakıda DƏHŞƏT: Siqaret pulu vermədiyinə görə anasını DÖYDÜ

10/08/2022 14:45

Şahbaz Xuduoğlu: “Küçədə satılan kitablar alınmamalıdır”

Şahbaz Xuduoğlu: “Küçədə satılan kitablar alınmamalıdır”

10/08/2022 14:35

Hücuma keçən rus ordusuna ağır zərbə – İtkilərlə geri çəkildi

Hücuma keçən rus ordusuna ağır zərbə – İtkilərlə geri çəkildi

10/08/2022 14:34

“Tələyə salmışıq, əzişdiririk” – Rus ordusuna qarşı hiyləgər oyun

“Tələyə salmışıq, əzişdiririk” – Rus ordusuna qarşı hiyləgər oyun

10/08/2022 14:20

Ceyhun Bayramov postmünaqişə dövründəki vəziyyətlə bağlı əlcəzairli həmkarını məlumatlandırıb

Ceyhun Bayramov postmünaqişə dövründəki vəziyyətlə bağlı əlcəzairli həmkarını məlumatlandırıb

10/08/2022 14:18

“Son tarix bəllidir, yaxın günlərdə…” – Ermənistan çalxalanır

“Son tarix bəllidir, yaxın günlərdə…” – Ermənistan çalxalanır

10/08/2022 14:11

Azərbaycanın neft hasilatında yeni rekord qeydə alındı

Azərbaycanın neft hasilatında yeni rekord qeydə alındı

10/08/2022 14:08

Britaniya kəşfiyyatı: “Rusiya könüllü taborlardan ibarət 3-cü korpus yaradır”

Britaniya kəşfiyyatı: “Rusiya könüllü taborlardan ibarət 3-cü korpus yaradır”

10/08/2022 13:55

“Krımdan vaz keçməyəcəyik” – Zelenski

“Krımdan vaz keçməyəcəyik” – Zelenski

10/08/2022 13:52

Səfər Mehdiyevin avtomobilini saxlayan DYP əməkdaşları İŞDƏN ÇIXARILDI

Səfər Mehdiyevin avtomobilini saxlayan DYP əməkdaşları İŞDƏN ÇIXARILDI

10/08/2022 13:50

Bu viruslar laboratoriyalarda alimlər tərəfindən hazırlanır- Rəşid Mahmudov

Bu viruslar laboratoriyalarda alimlər tərəfindən hazırlanır- Rəşid Mahmudov

10/08/2022 13:35

Hansı ixtisaslara daha çox tələbat var? – Abituriyentlərin diqqətinə!

Hansı ixtisaslara daha çox tələbat var? – Abituriyentlərin diqqətinə!

10/08/2022 13:20

“Qarabağ”ın matçı təxirə salınacaq? – Qurban Qurbanov AÇIQLADI

“Qarabağ”ın matçı təxirə salınacaq? – Qurban Qurbanov AÇIQLADI

10/08/2022 13:05

Avropa İttifaqı Rusiyadan kömür idxalını dayandırdı

Avropa İttifaqı Rusiyadan kömür idxalını dayandırdı

10/08/2022 12:49

Avstraliyada sahilə çıxan mavi əjdaha böyük marağa səbəb olub

Avstraliyada sahilə çıxan mavi əjdaha böyük marağa səbəb olub

10/08/2022 12:36

“Aztelekom”dan qiymət artımına cavab: Xəbərdar etmişdik…

“Aztelekom”dan qiymət artımına cavab: Xəbərdar etmişdik…

10/08/2022 12:08

Mənzil bazarında qiymətlər niyə bahadır?

Mənzil bazarında qiymətlər niyə bahadır?

10/08/2022 12:03

Bu gün ABŞ dollarla bağlı yeni qərar qəbul edəcək

Bu gün ABŞ dollarla bağlı yeni qərar qəbul edəcək

10/08/2022 11:56

Anar Kərimovdan yeni təyinat

Anar Kərimovdan yeni təyinat

10/08/2022 11:49

İslamiada: Azərbaycan millisi oynamadan qələbə qazanıb

İslamiada: Azərbaycan millisi oynamadan qələbə qazanıb

10/08/2022 11:43

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.