Rifah Partiyasının sədri Fatih Ərbakan qatıldığı televiziya proqramında gündəmlə bağlı açıqlamalar verib.
Medianews.az xəbər verir ki, Ərbakan əvvəlki açıqlamasında seçkinin ikinci tura çıxacağı təqdirdə Ərdoğanı dəstəkləyəcəyini bildirən Fatih Ərbakana, “rəqibi kim olursa olsun, ikinci turda Ərdoğanı dəstəkləyirsinizmi?” sualı verilib.
Ərbakan, “O qədər ciddi reaksiya oldu ki, təəccübləndik. Məsələn, xüsusilə Konyada bu açıqlamadan inciyənlər oldu. Bu məsələ ilə bağlı partiyamızda müəyyən diskomfort yaranıb” deyə bildirib.
Ərdoğanı dəstəkləməyəcəklərini dilə gətirən Ərbakan, “elə bir nöqtəyə gəldik ki, Tayyib Ərdoğana deyəcək sözümüz olsa belə, dəstəkləməyəcəyik. O yerə çatmışıq ki, hər iki namizədi rahat buraxacağıq, bəlkə də heç birinə səs verməyəcəyik. Bu çox vacib bir şeydir”,-ifadələrdən istifadə edib.
Ərbakan bildirib ki, “hal-hazırda insanlar “Kılıçdaroğlu və Tayyib bəy qalsa, Tayyib bəyə verməyək, ikisinə də verməməliyik” deyəcək yerə gəliblər”.
“Ümid edirəm ki, ikinci turda qalacağıq və özümüzə səs verəcəyik. Ən yaxşısı budur, biz buna çalışırıq”,- deyə Ərbakan əlavə edib.
Leyla