“Teknofest Azərbaycan” festivalına hazırlıq çərçivəsində Bakı səmasında təyyarə və vertolyotların sınaq uçuşları keçiriləcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Medianews.az-a daxil olan məlumatda bildirilir.
“İctimaiyyətin diqqətinə çatdırırıq ki, festivala hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və vertolyotların sınaq uçuşları həyata keçirilir.
Sözügedən uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək”, – deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, 26-29 mayda Bakıda “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək.