NATO-ya daxil olmaq üçün addımlar atan İsveç və Finlandiyaya Türkiyənin veto qoyması ilə ortaya çıxan böhranla bağlı ABŞ -dan yeni açıqlama gəldi.
Medianews.az xəbər verir ki, ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks bildirib ki, ABŞ Finlandiya və İsveçin Türkiyənin NATO-ya üzvlüklə bağlı narahatlığını aradan qaldıra biləcəyinə inanır.
“Biz əminik ki, Finlandiya və İsveç birbaşa olaraq Türkiyənin narahatlığını aradan qaldıra biləcəklər”, – Hiks Osloda norveçli həmkarı ilə açıqlamasında deyib.
Digər tərəfdən, İspaniyanın baş naziri Pedro Sançes bu gün Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısında İsveç və Finlandiyanın gələn ay Madriddə keçiriləcək NATO sammitinə qatılacağını bildirib.
İyunun 28-30-da Madriddə NATO sammitinin keçiriləcəyi açıqlanıb.
Leyla