Türkiyənin məşhur aktyoru, “Kurtlar Vadisi Pusu” serialında Yasin rolu ilə yadda qalmış Ertuğrul Şakar, “Eslem Film”in rəhbəri Metin Yücel və prodüser Yalçın Çoban Azərbaycana gəlib.
Medianews.az xəbər verir ki, aktyor Ertuğrul Şakar və Metin Yücel Bakıda qazilərimizlə görüşüb.
İkinci Qarabağ müharibəsi qaziləri ilə bir araya gələn Ertoğrul Şakar və Metin Yücel duyğusal anlar yaşayıblar.
Vətən müharibəsi iştirakçılarının şücaətini, qəhrəmanlığını və döyüş əzmini onların özlərindən eşidən Ərtoğrul Şakar ve Metin Yücəl qaziləri dinlədikcə çox qururlanıblar. Onlar söhbət zamanı şəhid və qazilərə həsr olunan möhtəşəm bir film ərsəyə gətirmək planlarından bəhs ediblər:
“Bizim məqsədimiz şəhidlərimizin qanları qurumadan bu haqlı mübarizəni bütün dünyaya nümayiş etdirməkdir. Əgər qəbul edərsəniz, sizlərə olan borcumuzu bir film çəkməklə ödəmək istəyirik. Bilirik ki, sizin qəhrəmanlığınız, fədakarlığınız qarşısında bizim etdiklərimiz çox azdır”.
Qazilər Ərtoğrul Şakar və Metin Yucelə çəkəcəkləri belə bir əhəmiyyətli filmlə tarixə önəmli əsər qoyduqları üçün təşəkkür ediblər. Onlar bildiriblər ki, qardaşlığımız heç bir zaman unudulmasın və hər zaman da davam etsin.
Bu qısa, ancaq xüsusi əhəmiyyət kəsb edən sürpriz görüşdə hər kəsi duyğulandırıb.
Bu gün şəhid ailəsinin evinə gedəcəklər.
Medianews.az