Şahzadə Harri və Meqan Marklın qlobal mətbuat katibləri şirkəti tərk edib.
Medianews.az xəbər verir ki, Cənubi Kaliforniya Universitetində strateji PR dərəcəsinə sahib olan Toya Holness 2020-ci ilin oktyabrında Sassekslərə qatılıb və keçən ilin martında irəli çəkilmişdi.
İşlədiyi müddətdə Holness “Meqan Marklın kölgəsi” kimi təsvir edilirdi.
Bildirilir ki, Şahzadə Harri və Meqan Markl 2018-ci ilin may ayında toylarından sonra baş köməkçilərinin, o cümlədən şəxsi katiblərin, rabitə işçilərinin, şəxsi mühafizə zabitinin və Harrinin davamlı turizm təşəbbüsü Travalyst-in icraçı direktorun işdən ayrılması diqqət çəkib.
Belə ki, cütlüyün münasibətlərinin ilk aylarında baş kommunikasiya katibi Katrina McKeever 2018-ci ilin sentyabrında mətbuat ofisini sakitcə tərk edib. İki ay sonra Marklın şəxsi köməkçisi Melissa Toubati də gedib. 2019-cu ilin yanvarında kral mühafizəçisi də işdən ayrılmaq qərarına gəlib. Hətta cütlüyün mühafizəsinə rəhbərlik edən şəxsə bir bu müddət ərzində işi tərk edib.
Qeyd edək ki, 2019-cu ilin mart ayında Marklın şəxsi katibin köməkçisi Amy Pickerill-in Arçinin doğulmasından sonra vəzifəsini tərk edəcəyi açıqlanmışdı. Meghan Markle, ayrılığı “çox kədərli” olaraq xarakterizə etmişdi. Mənbələr Pickerill xaricə köçdüyü üçün işdən ayrıldığını iddia edirdilər.
Leyla