Rusiya ilə Ukrayna arasında müharibə 87 gündür davam edərkən, Rusiya Müdafiə Nazirliyindən açıqlama verilib.
Medianews.az xəbər verir ki, RİA-nın verdiyi məlumata görə, ABŞ -ın Ukrayna ordusuna göndərdiyi silahların bir hissəsinin məhv edildiyi iddia edilib.
“Rusiya qüvvələri Ukraynanın ABŞ istehsalı olan M777 silahlarını məhv edib”, – deyə məlumatda bildirilir.
Digər tərəfdən, İngiltərə xəbər agentliyi Reuters bu açıqlamanın təsdiqlənmədiyinə və Kiyev rəhbərliyindən hər hansı bir açıqlamanın olmadığına diqqət çəkib.
Leyla