İsveçdə taxdığı hicaba görə işdən çıxarılan şəxsə “ayrı-seçkiliyə məruz qaldığı” əsası ilə təxminən 70 min kron (təxminən 7 min dollar) təzminat ödənilməsinə qərar verilib.
Medianews.az xarici mətbuata istinadən xəbər verir ki, İsveçdə Ombudsmanının yazılı açıqlamasına görə, Norrland bölgəsində bələdiyyənin qocalar evində çalışan müsəlman qadından hicabsız işləməsinin istəndiyi və əks halda işdən çıxarılacağı ilə bağlı xəbərdarlıq edildiyi bildirilib.
Açıqlamada bildirilib ki, xəbərdarlığın araşdırılması nəticəsində hicablı qadının ayrı-seçkiliyə məruz qaldığı müəyyən edilib və qadının işdən çıxarılmasının dayandırılmasına və bələdiyyəyə təxminən 70 min təzminat ödənilməsinə qərar verilib.
Medianews.az