Rusiyanın hücumlarından sonra Ukrayna Avropa Birliyinə (Aİ) üzv olmaq üçün müraciət edib və prosesin sürətləndirilməsini tələb edib.
Medianews.az xəbər verir ki, Fransanın Avropa məsələləri üzrə dövlət naziri Klement Beaune isə məsələ ilə bağlı xəbərdarlıq edib və bildirib ki, Ukraynanın Aİ-yə qoşulması onilliklər çəkə bilər.
“Dürüst olmalıyıq. Ukraynanın altı ay və ya bir-iki ilə Aİ-yə daxil olacağını deyirsinizsə, yalan danışırsınız. Yəqin ki, 15-20 il çəkəcək”,-deyə bildirib.
“Mən ukraynalılara heç bir illüziya və ya yalan təqdim etmək istəmirəm” deyən Beaune Fransa prezidenti Emmanuel Makronun Ukraynanın AB-yə daha tez inteqrasiyasına kömək edə biləcək daha sərbəst “Avropa siyasi icması” yaratmaq təklifini təkrarlayıb.
Qeyd edək ki, Fransa prezidenti Makronun Avropa siyasi ictimaiyyəti üçün təşəbbüsünün iyunda keçiriləcək Aİ Sammitində müzakirə ediləcəyi gözlənilir.
Leyla