ABŞ -da yerləşən “Bloomberg” media təşkilatı, keçmiş Sovet İttifaqı ölkələrində, xüsusən Slovakiyada Moskvayönlü nəzəriyyələrin və təbliğatın Meta-nın törəməsi olan “Facebook” da amansız şəkildə yayıldığını açıqlayıb .
Medianews.az xəbər verir ki, “Bloomberg”də dərc olunan xəbərdə “Facebook”un Moskvayönümlü müharibə nəzəriyyələrinin və əsassız iddiaların yayılmasına zəmin yaratdığına diqqət çəkilərkən, Rusiyanın Ukraynaya faktiki müdaxilə etmədiyinə dair yalan və qərəzli məlumatların olduğu bildirilib.
Metanın mövzu ilə bağlı “yalan məlumatların yayılmasının qarşısını almaq üçün ən sərt tədbirləri görürük” açıqlamasına baxmayaraq, META-nın baş direktoru Mark Zukerberqin də ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində ifadə verəcəyi qeyd edilib.
“Komitə Slovakiyadakı Facebook istifadəçilərinə yönəldilən təhlükəli dezinformasiya və Rusiyayönlü təbliğatdan narahatdır”, – deyə Komitə sədri Adam Şiff bildirib.
Rəsmilər və ekspertlər də ölkə əhalisinin yarısının dezinformasiyaya və ya konspirasiya nəzəriyyəsinə məruz qaldığını bəyan ediblər.
Meta sözçüsü Magdalena Szulc mövzu ilə bağlı açıqlamasında bildirib: “Üçüncü tərəf nəzarətçiləri ilə işləyərək siyasətimizi pozan məzmunu silirik. Yanlış məlumatlarla bağlı hesabat alsaq, onu “axın”ın dibinə endirəcəyik.”
Leyla