Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgieva Davosda keçirilən Dünya İqtisadi Forumunun (WEF) iclaslarında çıxış edərək bildirib ki, “Ukraynadakı problem həyatları məhv etmək, artımı aşağı salmaq və inflyasiyanı yüksəltməkdir”.
Medianews.az xəbər verir ki, Davosda keçirilən WEF iclaslarının başlanğıcında çıxış edən BVF rəhbəri qlobal iqtisadiyyatın İkinci Dünya Müharibəsindən bəri ən böyük sınaqla üz-üzə olduğunu bildirib.
İqtisadçılar, Çin istehsalının koronavirusla mübarizə apararkən kəskin şəkildə azalması, Avropanın inflyasiyadan əziyyət çəkməsi, ABŞ -ın pul siyasətini sərtləşdirməsi və inkişaf etməkdə olan bazarların ərzaq qıtlığı ilə üzləşməsi nəticəsində dünyanın tənəzzülə doğru sürüşməsindən narahatdırlar. Georgiyeva isə bu problemlərin qlobal iqtisadiyyat üçün böyük təhlükə yaratdığını düşünür.
Georgieva bütün ölkələri ticarətdəki maneələri aradan qaldırmağa, borcla üzləşmiş ölkələrə yardım etməyə və onların transsərhəd ödəniş sistemlərini modernləşdirməyə çağırıb və qeyd edib ki, parçalanmanın dağıdıcı formaları qısamüddətli həll yolu deyil.
Georgieva ölkələri “dünyanı daha kasıb və daha təhlükəli edəcək geoiqtisadi qüvvələrə təslim olmamağa” çağırıb.
Qeyd edək ki, bu çağırış, dondurulmuş Rusiya aktivləri ilə maliyyələşdirilməsi planlaşdırılan “Ukrayna üçün yenidənqurma dəstək paketi”nin gündəmdə olduğu vaxt gəlib.
“Financial Times”a danışan Ukraynanın keçmiş maliyyə naziri Natali Jaresko dünyanın Ukraynanın yenidən qurulması ideyalarını dəstəkləməsi lazım olduğunu bildirib və “Putin hamımıza hücum etdi”,-deyə vurğulayıb.
2014-16-cı illərdə Kiyevdə maliyyə naziri vəzifəsində çalışmış ABŞ əsilli Jaresko xəbərdarlıq edib ki, dünyada hər kəs Rusiyanın işğalının iqtisadi təsirlərini tezliklə hiss edəcək.
“Ərzaq böhranı yaşayan ən yoxsul ölkələr, neft və qaz qiymətlərindən təsirlənənlər və iqlim dəyişikliyini dayandırmaq istəyənlər Ukraynanın qalib gəlməsinə ehtiyac duyurlar.
Əsas məsələ ABŞ və Aİ-ni müharibəyə görə kompensasiya tələb etməklə yanaşı, Rusiyanın dondurulmuş aktivlərini ələ keçirməyə inandırmaqdır. Mən bunun tam qanuni olmadığını bilirəm, lakin biz prosesə indi başlamalıyıq”,-deyə Jaresko bildirib.
Leyla