Bazar ertəsi, 4 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Bəhram Bağırzadə azadlıqdan məhrum edilə bilərmi? – AÇIQLAMA

XƏYALƏ
23/05/2022 18:59
A A
76
BAXIŞ
FacebookTwitterTelegram

Bir neçə gündür ki, Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkələrdə yayılan videosuna görə insanlar tərəfindən virtual meydanda “daş-qalaq” edilir. Sərt şəkildə tənqid olunur. Videoda isə Əməkdar artist öz qonşusuna, ərki çatan bir şəxsə bu və ya digər məsələ ilə bağlı fikir bildirməyini istəyir. Videodan da görünür ki, həmin şəxs görüntüsünün çəkilməsinə görə yox, fikir bildirməsinin önəm daşımadığına görə Bəhram Bağırzadəyə “etiraz” edir. Yəni “mənim fikrimin nə önəmi var?” anlamında Əməkdar artistin sualından “yaxa qurtarmağa” çalışır. Sosial şəbəkə istifadəçiləri isə məlum videoya görə Bəhram Bağırzadəyə daha ağır ittihamlar irəli sürdülər. Onu linç etdilər.

Nəticədə Əməkdar artist Bəhram Bağırzadə “iki gündür yatmıram, narahatlıq keçirirəm, çünki bir Allah bəndəsinin haqqını yemişəm və qəlbinə toxunmuşam” – deyərək üzr videosu paylaşdı. Bəs ortada üzr istəniləsi bir məqam var idimi? Bu videoya görə XX əsrin çempionu olmuş bir şəxsi, KVN ustasını linç etməyə dəyərdimi? Ortada hər hansı hüquq pozuntusu varmı? Hansısa media hüququ pozulubmu? Fərdin hüquqları hansı hallarda pozulur?

Hüquqşünas, media eksperti Ələsgər Məmmədli Publika.az-a açıqlamasında söyləyib ki, burada əsas məsələ media hüquqi aspekti deyil, daha çox ifadə azadlığı məsələsidir:

“Çünki Bəhrəm Bağırzadə təkbaşına media deyil, həmin şəxs də mediada çalışan şəxs sayılmır. Ona görə də mahiyyət etibarilə bu, media ilə əlaqəli məsələ deyil. Sadəcə olaraq bu reallıqdır ki, burada fərdi hüquqlarla bağlı məsələ müzakirə oluna bilər. Fərdi hüquq odur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsi deyir ki, şəxsin icazəsi olmadan onun video çəkilişi aparıla, audio səs yazısı qeydə alına bilməz. Həmin məlum videoda şəxsin etiraz etdiyi görüntüsü var. Amma o etirazın mahiyyəti, nəyə görə etiraz etdiyi çox da aydın deyil. “Mən danışmıram”dan daha çox “mənim fikrim önəmli deyil” anlamında olan bir etirazdır. Əlbəttə, bunlar bir qədər fərqli məqamlardır”.

Ekspertin fikrincə, bu o zaman predmet ola bilir ki, həmin şəxs bunu mübahisələndirsin:

“Yəni qanunsuz olaraq çəkildiyini iddia eləsin. Əgər həmin şəxs bunu mübahisələndirmirsə, buna kənardan baxıb “çəkiliş qanunidir”, “qanunsuzdur” demək düzgün deyil və yaxud “hüquq pozuntusudur”, – demək yanlışdır. Ona görə ki, həmin şəxs hüququnun pozulduğunu demir. Əgər çəkilişlə bağlı şəxsin razılığı varsa və buna açıq formada öz etirazını bildirmirsə, bunun hüquq pozuntusuna gətirib çıxaracağını demək həddən artıq yüksək iddiadır. Amma hüquqda nəzərdə tutulub ki, şəxsin icazəsi olmadan onun video-çəkilişi aparıla, səs yazısı qeydə alına bilməz. Şəxs həmin videoda “mənim fikrimə nə ehtiyac var, ekspertlər bu məsələyə münasibət bildirsə, daha yaxşı olar” anlamında etiraz edirsə, burada hər hansı pozuntudan söhbət gedə bilməz”.

“Videoda görüntüsü yayılan şəxs məlum hadisəyə görə məhkəməyə müraciət edərsə, Bəhram Bağırzadə azadlıqdan məhrum edilə bilərmi”, – sualına Ələsgər Məmmədlinin cavabı birmənalı olub: “Şəxsi hüquqların pozulmasının mübahisələndirilməsi şəxsin özünə aid məsələdir. Həmin şəxs məhkəməyə, hüquq-mühafizə orqanlarına hüqunun pozulması ilə bağlı müraciət eləməsə, icazəm olmadan səs yazım qeydə alınıb, çəkilişim aparılıb – deyə aidiyyəti üzrə müraciət ünvanlamasa, o zaman bunun mübahisələndirilməsi mümkün deyil. Çünki Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata müdaxilənin cəzasını nəzərdə tutur. 155-ci maddə də telefon danışıqlarının icazəsiz qeydə alınması ilə bağlıdır. Hər iki halda şəxs hüquq-mühafizə orqanlarına müraciət etməlidir ki, cinayət işi başlansın. Əks halda orada hər hansı bir hüquq pozuntusunun öz-özünə mübahisələnməsi mümkün deyil”.

Ələsgər Məmmədli onu da vurğulayıb ki, istənilən halda Bəhram Bağırzadə ictimai füqurdur və bu cür tənqidlərin olması mümkündür:

“Cəmiyyətdə tanınan insandır. İstənilən halda onun cəmiyyət üçün ictimai əhəmiyyət daşımayan bir şəxsi gündəmə gətirməməsi tənqid oluna bilər. O zaman tənqid etmək olar ki, həmin şəxs ictimai füqurdur və davranışları ictimai mübahisə yaradıb. Bu baxımdan tənqid olunması problem deyil. Amma hüquqi aspekti yuxarıda dediyim formada olmalıdır”.

DAHA ÇOX OXU

Cəmiyyət

Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı RƏSMİ MƏLUMAT

03/07/2022
Cəmiyyət

Hava proqnozu AÇIQLANDI: İyulun 5-dək…

03/07/2022
Analiz

Beşinci doza vaksin vurulacaq? – Pfizerin baş direktorundan açıqlama

03/07/2022
1-MANŞET

Dünən dəhşətli qəzada həlak olan Orxan, Sona və övladlarının VİDEOSU

03/07/2022
1-MANŞET

Daha bir müəllim məzun günündə rəqsi ilə gündəm oldu- VİDEO

03/07/2022
Cəmiyyət

Döyülən qadın uşaqları ilə evdən qaçıb Sumqayıtda parkda gecələyir – VİDEO

03/07/2022
SON XƏBƏR

"Görsəniz ki, özümdən razıyam, mütləq üzümə deyin" - Qurbanov

Prezidentdən dünənki görüş barədə - Açıqlama

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Xəbər lenti

Danimarkada ticarət mərkəzində atışma: Yaralananlar var – VİDEO

2022/07/04 04:15

Azərbaycanda idmançı faciəli şəkildə öldü

2022/07/03 13:28

Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı RƏSMİ MƏLUMAT

2022/07/03 13:07

Qurban Qurbanov təlim-məşq toplanışından danışdı: Məni narahat edən… – VİDEO

2022/07/03 12:53

Qazax Psixiatriya Xəstəxanasında xəstələrin həyatı təhlükə altına düşüb – FOTO, VİDEO

2022/07/03 12:43

Azərbaycanda Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb

2022/07/03 12:40

Hava proqnozu AÇIQLANDI: İyulun 5-dək…

2022/07/03 12:33

3 gün əvvəl dövlətə xəyanətə görə həbs edilən rusiyalı alim öldü

2022/07/03 12:26

Beşinci doza vaksin vurulacaq? – Pfizerin baş direktorundan açıqlama

2022/07/03 12:13

Bu ölkədə könüllü hərbi xidmətə görə aylıq 323 avro veriləcək

2022/07/03 12:01

Ögey atadan dəhşətli əməllər: 2 il uşaqların üzərində siqareti söndürüb, üstlərinə qaynar su töküb, ac qoyub…

2022/07/03 11:48

Pakistan Silahlı Qüvvələrinin rəhbəri İran Prezidenti ilə görüşdü

2022/07/03 11:37

Azərbaycanda at fermasının sahibi həbs edildi

2022/07/03 11:24

“Pfizer”in baş direktoru pandemiyanın yeni dalğasının başladığını elan etdi

2022/07/03 11:11

Qəzada ölən arvadını iki il sonra televiziyada gördü şok oldu

2022/07/03 10:59

Dünən dəhşətli qəzada həlak olan Orxan, Sona və övladlarının VİDEOSU

2022/07/03 10:46

Toyuna 1 həftə qalmış nişanlısı tərəfindən döyülən azərbaycanlı müğənni

2022/07/03 10:33

Son aylarda kəskin narazılığa səbəb olan nazir İSTEFA VERDİ

2022/07/03 10:20

Hansı müğənninin əməliyyatdan sonra ombası çürüyüb?

2022/07/03 10:07

Günel TikTok-dan qazandığı məbləği açıqladı

2022/07/03 09:55

Aytac Amerikaya gedən həyat yoldaşı ilə ayrıldığını açıqladı

2022/07/03 09:43

“Akıncı”nın lazerli raket sınaqları uğurlu oldu – VİDEO

2022/07/03 09:31

Daha bir müəllim məzun günündə rəqsi ilə gündəm oldu- VİDEO

2022/07/03 09:16

Polis bayramı günü qəzada öldü- FOTO, VİDEO

2022/07/03 09:00

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.