AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərli intihar edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 41 yaşlı alim ötən gecə yaşadığı Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsindəki mənzildə dərman həbləri içərək həyatına son qoyub. Hadisə yerinə baxış keçirilərkən onun yanında 4 qutu boş antidepresant aşkar edilib. Məlum olub ki, Emil İsgəndərli qutulardakı dərmanların hamısını qəbul edərək intihar edib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
***
E.İsgəndərlinin dostları “Qafqazinfo” ilə əlaqə saxlayaraq bildirib ki, o, intihar etməyib. Bir müddətdir, müalicə olunan E.İsgəndərli təzyiqi ilə bağlı həmin dərmanları qəbul edib. Daha sonra onun halı pisləşdiyindən təcili tibbi yardıma müraciət edilib.