Mayın 20-də Bakı Kitab Mərkəzində yazıçı Samirə Əşrəfin “Mənim üçün qızılgül” adlı ilk hekayələr kitabının təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı açaraq gələn qonaqları salamlayıb, müəllifin ilk kitabı haqqında ürək sözlərini bildirib.
Bundan sonra professor, ədəbi tənqidçi Cavanşir Yusifli, millət vəkili, yazıçı Aqil Abbas, tənqidçi İradə Musayeva və kino tənqidçi Sevda Sultanova Samirə Əşrəfin yeni kitabı barədə öz fikirlərini bildiriblər. Sonda müəllif qonaqlar üçün kitablarını imzalayıb.