Rusiyanın Ukraynaya hücumu aramsız şəkildə davam edən bir vaxtda, döyüş xəttində yeni bir detal ortaya çıxıb.
Medianews.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Yuri Borisov ordularındakı silahların yenilənməsi baxımından yeni bir addım atdıqlarını açıqlayıb.
Yuri Borisov ölkəsinin dünən Ukraynada pilotsuz uçuş aparatlarını 5 km məsafədən yandıra bilən lazeri sınaqdan keçirdiklərini bildirib. Borisov PUA-ları 5 saniyədə yandıraraq məhv etməyi bacaran “Peresvet” adlı lazer döyüş sisteminin orduya göndərildiyini də deyib.
Sputnik-in xəbərinə görə, sistem 1500 kilometrə qədər mümkün düşmənə məxsus orbitdə olan bütün peyk kəşfiyyat sistemlərini yönünü dəyişməyə qadirdir.
“Pervıy Kanal”a danışan Borisov həmçinin bildirib ki, lazer silahı hazırda Ukraynada istifadə olunur: “İlk nümunələr Ukraynadakı hərbi əməliyyatlarda istifadə olunur. Xüsusi əməliyyatda istifadə edilən lazer kompleksinin adı “Zadira”dır. 2017-ci ilin avqustunda “Zadira-16” döyüş sisteminin təkmilləşdirilməsi ilə bağlı müqavilənin imzalanıb”.
Turan Oruc
Medianews.az