Mayın 20-də səhər saatlarında Ukraynanın Jitomir vilayətində iki partlayış qeydə alınıb.
Medianews.az xəbər verir ki, bu barədə məlumatı Korosten rayon hərbi administrasiyasının rəhbəri Yuri Tarasyuka verib.
Məlumata görə, partlayış səsləri Malin şəhəri yaxınlığında eşidilib.
Qeyd edək ki, Jitomir vilayətində saat 8:20-də etibarən hava xəbərdarlığı elan edilib və 2,5 saatdan çoxdur ki, hələ də davam edir.
Xatırladaq ki, bu gün səhər saatlarında Ukraynanın Lvov vilayətində hava hücumundan müdafiə qüvvələri Rusiya raketini vurub.
Leyla