Zəngilan rayonu 35 nömrəli məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Məktəbdə qeydə alınan videogörüntülərdə musiqi müəllimi Hüseynova Məhsəti Cəlilağa qızına aiddir. Videogörüntülərdən musiqi müəlliməsinin 8-ci sinif şagirdinə qarşı göstərdiyi şiddət cəmiyyət içində rezonans doğurub. Müəllimə cəza tətbiq edilib. O, isə açıqlamasında bildirib ki, şagirdə dəfələrlə xəbərdarlıq etməyinə rəğmən ağzından saqqızı, başından isə papağı çaxramyıb, dərs zamanı isə müəllimə cavab qaytarıb.
Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı Medianews.az-a problemə üzdən yanaşıldığını, reallığın isə tamamilə fərqli olduğunu vurğuladı: “İstər fiziki, istər psixoloji cəhətdən pandemiyadan sonra dərs prosesində olan hadisələrdən aqresiyanın daha da artdığının şahidi oluruq. Problemi valideyndə, müəllimdə, şagirddə görməklə, cəmiyyət olaraq müəllimi iddiham etməklə heç nəyə nail ola bilmərik. Gərək toplum olaraq problemin kökünə baxaq. Bu məsələnin həlli istiqamətində müxtəlif üsullar, variantlar düşünməliyik. Necə ki, müəllimlərin akademik dəyərlərini ölçmək üçün sertifikasiya imtahanları keçirilir. Bu da onun kimi müəllimlər psixoloji testlərdən keçirilməli, stresə qarşı dözümlüyüyü yoxlanmalı, qrup terapiya keçməlidirlər. Hər il bir aylıq da olsa psixoloqlar tərəfindən seminarlara qoşulmalı, biliklərini yeniləməlidirlər.
Şagirdə şiddət tətbiq edən təkcə müəllimin töhmət alması haqsızlıqdır. Belə ki, həmin məktəbin təlim-tərbiyə üzrə direktoru, psixoloqu, sinif rəhbəri, müəllimin özü, məktəb direktoru, hətta Təhsil Nazirliyinin o bölgə üzrə kuratoru da töhmət almalıdır. Nə qədər ki, töhməti bir nəfər alacaq, direktor müəllimə töhmət verməklə özünü işinin öhdəsindən gəlmiş hesab edəcək, bununla da yaxasını mediadan qurtaracaq o zamana qədər hər zaman belə problemlər azalacaq”.
Medianews.az