Rusiyanın Ukraynaya hücumları davam edərkən, Rusiya ordusu ölkə daxilində mülki yaşayış məntəqələrinə zərbələr endirməkdə davam edir.
Medianews.az xəbər verir ki, Rusiya ordusu Ukraynanın Luqansk vilayətini yenidən hədəfə alıb. Hücum nəticəsində bir çox mülki yaşayış məntəqəsi zərər görüb və 13 mülki vətəndaş həyatını itirib.
Hücumdan sonra Luqansk qubernatoru Sergey Qayday sosial media hesabından açıqlama verərək bildirib ki, “düşmən Lisiçansk və Severodonetsk yaxınlığında hücumlarını davam etdirir. 13 nəfər, o cümlədən Severodentskdə 12 mülki şəxs və Xirskdə 1 mülki şəxs həlak olub”.
Leyla