Böyük Britaniyanın müdafiə naziri Ben Uolles dünən parlamentdə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti ilə bağlı açıqlamalar verib.
Medianews.az xəbər verir ki, Türkiyənin narahatlığını aradan qaldıracaq bir yol olduğuna inandığını ifadə edən Uolles, “Bir çıxış yolu olduğuna inanıram. Düşünürəm ki, sonda ora çatacağıq. Bu prosesdə bütün üzvləri və onların narahatlıqlarını dinləməyimiz çox vacibdir və Türkiyəni də dinləyəcəyik”,-deyə bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq də bu gün verdiyi açıqlamada Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə qarşı çıxması ilə bağlı “Finlandiya, İsveç, Türkiyə və bütün müttəfiqlərlə sıx təmasdayıq. Biz Türkiyənin ifadə etdiyi narahatlıqları nəzərə alırıq. NATO-da mühüm qərarlar haqqında fərqli fikirlərin olması qeyri-adi deyil”,-deyə fikirlər səsləndirib.
Leyla