Polşa prezidenti Anjey Duda açıqlması zamanı bildirib ki, o, Ukraynanın ərazi bütövlüyünün tam bərpası ilə qələbə çalmasını Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinin ən yaxşı sonu hesab edir.
Medianews.az xəbər verir ki, o, bu barədə Polski Times qəzetinə müsahibəsində bildirib.
Jursnlist prezidentdə “Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi necə başa çatacaq”?- deyə sual ünvanlayıb. Prezident isə belə cavab verib.
“Mən istərdim ki, bu, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün ərazilərini qaytarması ilə başa çatsın. Bu, mənim üçün, Polşanın təhlükəsizliyi və gələcəyi üçün çox vacibdir, çünki siyasi mənada bu, Ukraynanın müharibədə qələbəsi demək olardı”.
O əlavə edib ki, Polşa bu müsbət ssenariyə çox ümidlidir, çünki bu, daha ədalətli olar.
Leyla