Rusiya-Ukrayna müharibəsi 85-ci günə qədəm qoyub.
Medianews.az xəbər verir ki, Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak sosial media hesabında müharibə ilə bağlı açıqlamalar verib. Bildirib ki, atəşkəs bir şərtlə mümkün ola bilər: “Bizə atəşkəs təklif etməyin. Rusiya qoşunları tamamilə çıxarılmadan bu mümkün deyil. Rusiya torpaqlarımızı tamamilə azad etməyə hazır olana qədər bu mümkün deyil. İşğal altında olan torpaqlarımız geri qaytarılmalı, danışıqlar aparılmalıdır”.
Medianews.az