Ötən sutka ərzində Ukrayna aviasiyası Rusiyanın 20-yə yaxın zirehli texnikasını məhv edib, zenit-raket qüvvələri isə Xarkov vilayəti üzərində Rusiya qırıcısını vurub.
Medianews.az xəbər verir ki, bu barədə məlumatə Ukaryna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat bildirib.
“Mayın 18-də Hərbi Hava Qüvvələrinin zərbə aviasiyası qırıcıların pərdəsi altında düşmənin texnika toplusuna hücum edib. İlkin məlumatlara görə, düşmənin 20-yə yaxın zirehli texnikası, canlı qüvvəsi və döyüş sursatı məhv edilib”.
Məlumata görə, Dnepropetrovsk vilayətində zenit-raket qoşunları qanadlı raketi, Xarkov vilayətində isə Su-34 qırıcı-bombardmançısını məhv edib.
Tutulan radio trafikinin məlumatları göstərir ki, Rusiya təyyarəsinin mühərriki alovlanıb və pilotlar havaya qalxıblar.
Leyla