Rusiya Xarici İşlər Nazirliyi 34 fransalı diplomatın, 27 ispan və 24 italyan diplomatın ölkədən çıxarılacağını açıqlayıb.
Medianews.az xəbər verir ki, Rusiya bu üç ölkənin rus diplomatlarını ölkədən çıxarmasından sonra cavab tədbirləri görməyə qərar verib.
Qərar Avropa ölkələrində reaksiyaya səbəb olub. İtaliyanın baş naziri Mario Draghi qərarı “düşmən hərəkəti” kimi qiymətləndirib. Fransa Xarici İşlər Nazirliyi də Rusiyanın qərarını pislədiklərini açıqlayıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra bir çox Avropa ölkəsi 300-dən çox rus diplomatını ölkədən çıxarıb.
Leyla