Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila ilə evliliyindən olan qızı Katerina Rusiyanın ən gənc milyarderi, 40 yaşlı Kirill Şamalovla evlənib. 2017-ci ildə ayrıldıqdan sonra Katerinanın Nyu York və Londonda çalışmış rus balerinası, 52 yaşlı İqor Zelenski ilə birlikdə olduğu iddia edilir.
Medianews.az-ın xəbər verir ki, yeni iddialara görə, cütlüyün iki yaşında bir qızı var.
Hər ikisinin münasibəti aparılan şəxsi araşdırma sayəsində üzə çıxıb. Məlumatlara görə, 2017-ci ildən 2019-cu ilə qədər olan iki il ərzində Katerina onlarla dəfə Moskvadan Münhenə uçub. Hesabatda etik səbəblərə görə uşağın adı açıqlanmasa da, soyadının Zelenskinin adına uyğun gələn İqorevna olduğu bildirilib.
Putinin Ukraynadakı qanlı müharibəsini pisləməkdən imtina etdikdən sonra keçən ay Bavariya Dövlət Baletini tərk edən İqor Zelenskinin gürcü əsilli və rus əsilli Ukrayna prezidenti Vladimir Zelenski ilə əlaqəsi olmadığı güman edilir.
Qeyd edək ki, Iqor Zelenski 2018-ci ildən “Milli Mədəni İrs” Fondunun müşahidə şurasının tərkibində təmsil olunur. Bu layihə şəxsən Putin tərəfindən yaradılıb. 2022-ci ildə Zelenski Bavariya baletindəki vəzifəsindən uzaqlaşdırılıb.
Turan Oruc
Medianews.az