Türkiyənin NATO-dan çıxması məsələsi hazırda bütün dünyanın diqqətindədir.
Bu məsələnin müzakirəsinin getdiyi bir vaxtda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun görüntüləri yenidən paylaşılıb.
Medianews.az xəbər verir ki, 2020-ci ildə İsveç xarici işlər naziri Ann Lindeyə ünvanladığı çıxış sosial mediada yenidən gündəm olub.
Türkiyə prezidenti Ərdoğanın İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı son açıqlamasından sonra “NATO üzvlüyünə yox deyəcəyik. Bir ölkə “xeyr” desə qəbul edə bilməz. NATO təhlükəsizlik təşkilatıdır, orada terror təşkilatlarının olmasını qəbul edə bilmərik” deməsinin ardından Mövludd Çavuşoğlunun çıxışı sosial mediada müzakirələr səbəb olub.
2020-ci ildə Ankaraya gələn İsveç xarici işlər naziri Ann Linde terror təşkilatı PKK-nın Suriya uzantısı YPG-ni dəstəklədiklərini ifadə edərək, Türkiyəyə xitabən “Türkiyəyə Suriyadan çıxması üçün xəbərdarlıq edirik” ifadələrini işlədib.
Xarici işlər naziri Mövlud Çavuşoğlu da Ann Lindeyə “Xəbərdarlıq edirik” kimi sözlər diplomatik dildə işlənmir. Kimdən aldığınız səlahiyyətlə kimə xəbərdarlıq edirsiniz? Terror təşkilatı PKK İsveçdə ofis açıb. Kürdlərə qulaq asın, PKK-nın kürdlərə nə etdiyini öyrənin. Şəxsi heç nə yoxdur. Biz də öz fikirlərimizi 83 milyon vətəndaşımız adına açıq şəkildə ifadə etməyə borcluyuq.
Çavuşoğlunun cavabından sonra Ann Lindenin mimikasındakı dəyişiklik kameralara əks olunub.
Turan Oruc
Medianews.az