Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının baş laborantı, mammoloq Sahibə Zeynalova vəfat edib.
“Ölkə.Az” xəbər verir ki, 1981-ci il təvəllüdlü səhər yuxudan ayılmayıb.
Məlumata görə, heç bir xəstəlikdən əziyyət çəkməyib. Belə ki, yaxınları S.Zeynalovanın yuxudan qalxmadığını görüblər. Bu zaman onu yoxlamaq üçün tərpədəndə keçindiyini anlayıblar. Təcili tibbi yardım çağırılsa da, artıq gec olub.
Güman edilir ki, səhərə yaxın vəfat edib.
Allah rəhmət eləsin!