Bazar ertəsi, 4 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Miss Azerbaijan 2022″nin qalibi: “İndi gözəllik standartları dəyişib” – MÜSAHİBƏ

TURAN
18/05/2022 15:44
A A
97
BAXIŞ
FacebookTwitterTelegram

Ötən gün “Miss & Mister Azerbaijan 2022” gözəllik yarışması keçirilib. Xanımlar arasında model Nurlanə Vəliyeva “Miss Azərbaycan 2022” adına layiq görülərək birinci yeri qazanıb.

Sosial media istifadəçiləri modelin ünvanına tənqidlər yağdırıblar. Onlar Nurlanənin təbii gözəl olmadığını yazaraq, sünilikdə ittiham ediblər.

Medianew.az xəbər verir ki, N.Vəliyeva qalibiyyəti ilə bağlı ətrafında gəzib-dolaşan söz-söhbətlərə aydınlıq gətirmək üçün Bizim.Media-ya özəl müsahibə verib.

– Neçə ildir modellik biznesindəsiniz?

– 16 yaşımdan bu sahədəyəm. Bundan əvvəl oxatma komandasında idim. Mən Azərbaycan və dəfələrlə Bakı çempionu olmuşam. 2015-ci ildə “Olimpiya Oyunları”nda və bir çox digər Avropa və Dünya Çempionatlarında iştirak etmişəm. Sonra tüfəngdən atəş açmağa keçdim. Gənclər arasında Dünya Çempionatında da iştirak etmişəm. Sonradan isə tapançadan atəş açmağa başladım. İstənilən qızın arzusu model olmaqdır və mən də istisna deyiləm. Anam isə deyirdi ki, əgər modellik idmanda oxumağıma mane olmayacaqsa, mən sənin bu seçiminə qarşı çıxmaram. Buna görə də özümü model kimi sınamaq qərarına gəldim və model agentliyinə getdim. Bundan sonra modellik karyeram başladı.

– Necə oldu ki, “Miss & Mister Azerbaijan 2022” gözəllik müsabiqəsində iştirak etmək qərarına gəldiniz?

– 2020-ci ildə “Miss and Mister Azerbaijan” gözəllik müsabiqəsində iştirak etmək arzum vardı. Kastinqlərə daha gec gəldim və başa düşdüm ki, bu yarışma çox vaxt aparacaq. O vaxt magistraturaya hazırlaşırdım. Müsabiqədən imtina etmək qərarına gəldim. Bu il isə bu yarışmaya qatılmaq niyyətinə gəldim, çünki bu il idman jurnalistikası magistraturasını ingilis dilində bitirdim. Nəticə etibarı ilə zaman yüküm azaldı və müsabiqəyə qatılmaq qərarına gəldim.

– Müsabiqədə rəqibləriniz qalibiyyətə necə reaksiya verdilər?

– Şübhəsiz ki, rəqabət vardı. İştirakçıların hamısı gözəl və layiqli idi. Onlarda paxıllıq görmədim. Hamı bir-biri ilə mehriban idi. Digər qızlar da müxtəlif hədiyyələr qazandılar.

– Sosial şəbəkə izləyiciləri sizi çox sayda estetik və plastik əməliyyatlar keçirməkdə ittiham edirlər….

– İndi gözəllik standartları dəyişib. Qızlara özlərində bir şeyi yaxşılığa doğru dəyişməyə icazə verilir. Əlbəttə ki, əgər bütün bunlar vulqar yox, təbii, gözəl və daha çox mülayim görünürsə. Əgər bir insanın plastik əməliyyata həqiqətən ehtiyacı varsa, bıçaq altına girə bilərsiniz. Oxçuluq üzrə Azərbaycan yığmasında olduğum üçün burnumda deformasiya yarandı və rinoplastika əməliyyatı keçirməli oldum. Nəfəs almaqda da çətinlik çəkirdim. Əməliyyat etdirib beləcə hər iki problemlərdən qurtuldum.

– İzləyicilərin neqativ, xüsusi ilə “hate”rlərin şərhlərini oxuyanda necə reaksiya verirsiniz?

– Mənə nifrət edənlərin şərhlərinə cavab vermirəm. Onların yazdıqlarına cavab versəm, yanan ocağa benzin tökmüş olaram. Nəticədə münaqişə yeni mərhələyə keçəcəkdi. Ona görə də mənfi şərhlərə cavab vermirəm.

– “Miss Azerbaijan 2021” gözəllik yarışmasının qalibi Milan Babayeva haqqınızda sosial şəbəkə hesabında neqativ rəylər yazır. Hətta o, hardansa uşaqlıq şəkillərinizi tapıb və haqqınızda pis danışan izləyicilərin mesajlarını “İnstagram” səhifəsində paylaşır. Buna münasibətiniz…

– Düşünürəm ki, neqativlik ən çox şəxsi komplekslərdən, paxıllıqdan və diqqətsizlikdən və həyata keçməmiş arzulardan yaranır. Qonşumuzun xoşbəxtliyinə çox azımız tab gətirə bilirik. Bəzi insanlar istədiklərini görürlər. “Instagram” həyatı və sosial media həyatı real həyatdan tam fərqlidir. Bəlkə də, instaqramda bütün qızlar eyni görünür, amma həyatda isə heç də belə deyil. Bu fotoşəkillər çox güclü şəkildə fotoşoplanmış və redaktə edilib. Onlar bizim arxivdəndir. Pis redaktə olunub. Çox az adam uşaqlıq fotolarını paylaşanda gözəlliyi ilə öyünə bilər. Çünki zahiri görünüş məhz bu zaman formalaşır. Elə bir dövrdə yaşayırıq ki, internetdə istənilən ulduzun uşaqlıq fotolarını tapıb onların zamanla necə dəyişdiyini görə bilərsiniz. Mən ondan fərqli olaraq plastik əməliyyatlarımı gizlətmirəm, olduğu kimi danışıram. Uşaqlıq şəkillərimin sosial şəbəkələrdə paylaşmağın mənasını da görmürəm.

– Milan Babayeva ilə şəxsi tanışlığınız var?

– Təəssüf ki, şəhərimiz balacadır və istəsən də, istəməsən də Milananın simasında olan belə insanlarla qarşılaşmalısan.

– Sizcə, o, “Miss Azerbaijan 2021” gözəllik yarışmasının adına layiqdirmi?

– Onun “Miss Azərbaycan 2021” adına layiq olub-olmamasına şərh və cavab vermək istəmirəm.

– Milana sosial şəbəkə hesabında müsabiqəyə geyindiyiniz libası ondan oğurladığınızı iddia edir. Bu, həqiqətdir, yoxsa yalan?

– Müsahibənin əvvəlində qeyd etdim ki, 16 yaşımdan modellik sahəsindəyəm. Müxtəlif dizaynerlərlə işləmişəm. Mən də Moskvada model agentliyində idim və qısa müddətə Bakıya qayıtdım. Orada Moskvada da çox səviyyəli dizaynerlər gördüm. Sizcə, bunları görən adam – Milanadan geyim üslubu oğurlayacağam? (gülür). Mənim öz dizaynerim vardı, o, mənə paltar sifariş etdi. Libas mənə çox yaraşırdı. Bu paltarı mənə Moskvadan göndərdilər. İnanın, ən son etmək istədiyim olarsa, Milana kimi birisinin paltarını seçmək olar.

DAHA ÇOX OXU

1-MANŞET

Bakıda məşhur marketdə 28 nəfər zəhərlənib

04/07/2022
export

Bakıda piyadanın üzərindən 2 avtomobil keçdi

04/07/2022
1-MANŞET

Ermənilər Laçını talan edib, yandırır – VİDEO

04/07/2022
1-MANŞET

Hadrutda ilk dəfə Azərbaycan bayrağını dalğalandıran polkovnik – VİDEO

04/07/2022
export

Bakıda qadın müayinəyə getdiyi klinikada intihar etdi

04/07/2022
Cəmiyyət

Damarları təmizləyir, qurdları öldürür, yaraları sağaldır – MÖCÜZƏVİ DƏMLƏMƏ

04/07/2022
SON XƏBƏR

Pomidorun qiyməti bu tarixdən ucuzlaşacaq - AÇIQLAMA

Azərbaycanda ilk ödənişli avtomobil yolunun istifadəyə verilmə vaxtı AÇIQLANDI

Müharibə qlobal ərzaq böhranına səbəb olur

Xəbər lenti

Bakıda məşhur marketdə 28 nəfər zəhərlənib

2022/07/04 10:44

Bakıda piyadanın üzərindən 2 avtomobil keçdi

2022/07/04 10:08

Ermənilər Laçını talan edib, yandırır – VİDEO

2022/07/04 10:06

Hadrutda ilk dəfə Azərbaycan bayrağını dalğalandıran polkovnik – VİDEO

2022/07/04 10:04

Bakıda qadın müayinəyə getdiyi klinikada intihar etdi

2022/07/04 09:57

Damarları təmizləyir, qurdları öldürür, yaraları sağaldır – MÖCÜZƏVİ DƏMLƏMƏ

2022/07/04 09:44

Azərbaycanda dəhşət: Arvad ərini döyüb,ütü ilə yandırdı – VİDEO

2022/07/04 09:22

Özbək süvarisini qara papaqla ürkütmək cəhdi – Nukusda baş verənlər nəyin göstəricisidir…

2022/07/04 09:21

Plyajda almanları necə udduq

2022/07/04 09:17

44 günlük müharibənin daha bir məğlubu – separatçıların Moskva “nümayəndəliyi” bağlanır, ABŞ isə…

2022/07/04 09:16

Burak Özçivitin Bakı gəzintisi – FOTOLAR

2022/07/04 09:06

Zaqatalanın kəndləri sel suları altında qalıb, magistral yol bağlanıb

2022/07/04 08:58

Fransa 100 min ukraynalı qaçqını qəbul edib

2022/07/04 08:55

Türkiyə Ukrayna taxılını daşıyan Rusiya yük gəmisini saxladı

2022/07/04 08:26

İdman tariximizdə ilk – 3 nazir yarışda qüvvəsini sınayıb – FOTOLAR

2022/07/04 08:20

“Baku Bus”un sürücüsü ürəyindən bıçaqlandı

2022/07/04 08:15

U.S F-15 Fighter Aircraft in Display of Power as Tensions Rise with North Korea

Rusiya sərhədi yaxınlığında yeni NATO bazası yaradıla bilər

2022/07/04 07:34

Britaniya Qran-Prisi: Kütləvi qəza, etiraz aksiyası və Saynsın ilk qələbəsi – VİDEO

2022/07/04 07:17

Şolts: “Berlin tərəfdaşlarıyla Ukraynaya təhlükəsizlik təminatının verilməsinı müzakirə edir”

2022/07/04 07:00

72 yaşlı aktrisa yeniyetmə qız rolunu canlandırıb

2022/07/04 06:07

“Moskva-Siti” göydələnlərinin birində yanğın baş verib – VİDEO

2022/07/04 05:37

Danimarkada ticarət mərkəzində atışma: Yaralananlar var – VİDEO

2022/07/04 04:15

Azərbaycanda idmançı faciəli şəkildə öldü

2022/07/03 13:28

Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı RƏSMİ MƏLUMAT

2022/07/03 13:07

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.