Cümə axşamı, 18 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Həbsxanasada uşaq doğan iki qadının taleyi – biri Boliviyadandır, biri Şəmkirdən – VİDEO

TURAN
18/05/2022 14:49
55
BAXIŞ
FacebookTwitterTelegram
Azvizion.az saytı həbsxanada dünyaya uşaq gətirən iki qadın haqqında reportaj hazırlayıb. Musavat.com həmin materialı təqdim edir.

***

Həbsdə yatanları bura tale Azərbaycanın müxtəlif bölgələrindən, həmçinin uzaq Latın Amerikası və Pakistandan gətirib. Elə məhbus Mariya Fernandes kimi. Mariya Boliviyada doğulub, boya-başa çatıb. Yaxınlarından təkcə qardaşının sağ olduğunu deyir. Balaca oğlu Aleksandr Azərbaycanda həbsdə olarkən dünyaya gəlib.

Boliviyalı qadın deyir ki, ixtisasca dizayner olub. Ancaq pul lazım olduğu üçün sonradan narkotika satışına qurşanıb. Narkotik vasitələrin Azərbaycana gətirilməsində birbaşa iştirak edib. Beləliklə, onun ziyanlı və asan yolla pul qazanmaq istəyi hava limanında həbs olunması və Azərbaycanda məhbus həyatı yaşaması ilə nəticələnib.

“Məni ehtiyac buna vadar etdi. Pul lazım idi. Ona görə də Boliviyadan bura çantalarda narkotika gətirib satırdım. Aeroportda həbs etdilər məni. Oradan da həbsxanaya gətirdilər. Onda hamilə idim. Oğlum Aleksandr həbsxanada dünyaya gəlib. Onun 3 yaşı olacaq. Mən 4 il 8 aydan sonra azadlığa buraxılacağam. Nə anam var, nə də atam. Bir qardaşım sağdır. O xəstə idi, pul lazım olduğu üçün bu yola əl atdım. Mənimlə yalnız uşağın atası və qayınanam əlaqə saxlayırlar”.

Mariya Azərbycan hökumətindən xahiş edir ki, həbs müddəti azaldılsın. Çünki oğlunu üç yaşına kimi yanında saxlaya bilər, ondan sonra uşaq evinə veriləcək. “Uşağımın taleyindən narahatam”,- deyir boliviyalı məhbus.

Mariya ilə azərbaycanlı Rəmziyyə Abbasovanı yerləşdiyi otağı bir dəhliz ayırır. Onları birləşdirən cəhət isə keçmişdə eyni əməli törətmələridir. Ancaq talelərindəki oxşarlıq bununla bitmir. Rəmziyyə də boliviyalı dustaq yoldaşı kimi həbs olunarkən hamilə imiş, kiçik oğlu Nicatı da həsxanada dünyaya gətirib. Onun böyük övladının, 17 yaşlı qızının isə qayğısına qadının bacısı qalır.


Şəmkir rayonunda doğulub boya-başa çatan Rəmziyyə danışdıqca göz yaşlarını saxlaya bilmir, evində 4 il saxladığı bir tanışının qurbanı olduğunu deyir. Qadının kədərli gözlərini indi 2 yaşlı övladı güldürür. O, həyatının Nicatını bu balaca oğlanda görür. Söhbətimizə elə həbsxanada hamının sevimlisinə çevrilmiş bu uşaqdan danışaqla başlayırıq.

– 2 yaş 7 aylıqdır Nicat, adını doğulan zaman Səadət həkim qoyub,- deyir Rəmziyyə.- Ağıllı baladır. Hərdən ona deyirəm ki, evə gedəcəksən, bacının yanında qalacaqsan. Deyir, yox, səni də aparacağam. Allah mərdüməzarın evini yıxsın. Kiminsə ucbatından bura gəlib düşdüm. Heç bir günahım yox idi. Mən haradan biləydim ki, 4 il evimdə yeyib-içən adam məni belə bir yerə qədər sürükləyəcək?! Evdar xanım idim. Həbs olunandan sonra həyat yoldaşımla ayrıldıq. 17 yaşlı qızıma indi bacım baxır. Ancaq övladımdan çox narahatam. Həbsdən çıxmağıma 2 il 4 ay qalıb. Burada hər dəqiqə saata baxıram…

Rəmziyyə deyir ki, belə bir tora düşəcəyi ağlına gəlməzdi: “Elə bil quyuya düşdüm. 8 ay çörək yemədim. Gələnim yox, gedənim yox. İndi burada şəraitimiz çox yaxşıdır. Ancaq həbsxanada uşaq saxlamaq çox çətindir. Nicatı burada çox sevirlər. Çox dəcəldir. Bütün məhbus qadınların adlarını çağırır. Həbsdən çıxıb, balalarımı başıma yığmaq istəyirəm”.

DAHA ÇOX OXU

Türkiyə ilə Ukrayna arasında bu MÜQAVİLƏ imzalanıb – YENİ DETALLAR
1-MANŞET

Türkiyə ilə Ukrayna arasında bu MÜQAVİLƏ imzalanıb – YENİ DETALLAR

18/08/2022 20:00
Həlak olan hərbçimizi əsgər yoldaşı qətlə yetirib
1-MANŞET

Həlak olan hərbçimizi əsgər yoldaşı qətlə yetirib

18/08/2022 19:35
Ərdoğan, Zelenski və Quterreş arasında üçtərəfli görüş keçirildi – VİDEO
1-MANŞET

Ərdoğan, Zelenski və Quterreş arasında üçtərəfli görüş keçirildi – VİDEO

18/08/2022 19:12
Hərbçimiz odlu silahdan açılan atəş nəticəsində həlak olub
export

Hərbçimiz odlu silahdan açılan atəş nəticəsində həlak olub

18/08/2022 19:10
Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb – FOTO
export

Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb – FOTO

18/08/2022 17:24
Emin Əmrullayev Prezidentə təşəkkür ETDİ
Cəmiyyət

Emin Əmrullayev Prezidentə təşəkkür ETDİ

18/08/2022 16:34
SON XƏBƏR
NATO-ya üzvlük üçün 7 addımlıq prosedur: Türkiyəni inandırmasalar, qəbul ola bilməzlər

NATO-ya üzvlük üçün 7 addımlıq prosedur: Türkiyəni inandırmasalar, qəbul ola bilməzlər

Polad Həşimovun anası canlı efirdə ayaqüstə alqışlandı – VİDEO

Polad Həşimovun anası canlı efirdə ayaqüstə alqışlandı - VİDEO

“Miss Azerbaijan 2022″nin qalibi: “İndi gözəllik standartları dəyişib” – MÜSAHİBƏ

"Miss Azerbaijan 2022"nin qalibi: "İndi gözəllik standartları dəyişib" - MÜSAHİBƏ

Xəbər lenti

Türkiyə ilə Ukrayna arasında bu MÜQAVİLƏ imzalanıb – YENİ DETALLAR

Türkiyə ilə Ukrayna arasında bu MÜQAVİLƏ imzalanıb – YENİ DETALLAR

18/08/2022 20:00

Həlak olan hərbçimizi əsgər yoldaşı qətlə yetirib

Həlak olan hərbçimizi əsgər yoldaşı qətlə yetirib

18/08/2022 19:35

Ərdoğan, Zelenski və Quterreş arasında üçtərəfli görüş keçirildi – VİDEO

Ərdoğan, Zelenski və Quterreş arasında üçtərəfli görüş keçirildi – VİDEO

18/08/2022 19:12

Hərbçimiz odlu silahdan açılan atəş nəticəsində həlak olub

Hərbçimiz odlu silahdan açılan atəş nəticəsində həlak olub

18/08/2022 19:10

Bir cənub şəhərində tutulan polkovnik

Bir cənub şəhərində tutulan polkovnik

18/08/2022 18:43

“Hər şey göz önündədir” – Paşinyan

“Hər şey göz önündədir” – Paşinyan

18/08/2022 18:00

Bakıda kanalizasiya quyusu daşdı – ŞİKAYƏT

Bakıda kanalizasiya quyusu daşdı – ŞİKAYƏT

18/08/2022 17:59

İqtisadiyyat Nazirliyində yeni təyinat olub

İqtisadiyyat Nazirliyində yeni təyinat olub

18/08/2022 17:50

“Real Madrid” futbolçusunu icarəyə verib

“Real Madrid” futbolçusunu icarəyə verib

18/08/2022 17:42

Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb – FOTO

Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb – FOTO

18/08/2022 17:24

Rusiya XİN: “Ermənistandan cavab gözləyirik”

Rusiya XİN: “Ermənistandan cavab gözləyirik”

18/08/2022 17:23

İngiltərənin ən varlı adamı “Mançester Yunayted”i almaq istəyir

İngiltərənin ən varlı adamı “Mançester Yunayted”i almaq istəyir

18/08/2022 17:11

Erməni KİV: Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır

Erməni KİV: Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır

18/08/2022 17:01

Rusiya qırıcılarının Finlandiyanın hava məkanını pozduğu iddia olunur

Rusiya qırıcılarının Finlandiyanın hava məkanını pozduğu iddia olunur

18/08/2022 16:52

Emin Əmrullayev Prezidentə təşəkkür ETDİ

Emin Əmrullayev Prezidentə təşəkkür ETDİ

18/08/2022 16:34

“Bəstəkarlar İttifaqının gücü sıfıra yaxındır” – Cavanşir Quliyevlə müsahibə

“Bəstəkarlar İttifaqının gücü sıfıra yaxındır” – Cavanşir Quliyevlə müsahibə

18/08/2022 16:33

Müəllim, direktor və müavinlərinin maaşlarına əlavələr ediləcək – Fərman

Müəllim, direktor və müavinlərinin maaşlarına əlavələr ediləcək – Fərman

18/08/2022 16:33

Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır

Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır

18/08/2022 16:30

Bütün gözlər Ukraynada – İki lider hansı məsələləri danışacaq? – VİDEO

Bütün gözlər Ukraynada – İki lider hansı məsələləri danışacaq? – VİDEO

18/08/2022 16:18

Açıq saçıq fotoları ilə hər zaman gündəm olan baş nazirin YENİ GÖRÜNTÜLƏRİ qalmaqala səbəb oldu

Açıq saçıq fotoları ilə hər zaman gündəm olan baş nazirin YENİ GÖRÜNTÜLƏRİ qalmaqala səbəb oldu

18/08/2022 16:06

Təhsil işçilərinin maaşına əlavələr edildi

Təhsil işçilərinin maaşına əlavələr edildi

18/08/2022 16:00

Tədris ilində tıxacdan necə qurtulmaq olar?

Tədris ilində tıxacdan necə qurtulmaq olar?

18/08/2022 15:47

Özünü icra hakimiyyətinin qarşısında yandıran qazi ilə bağlı- Rəsmi açıqlama

Özünü icra hakimiyyətinin qarşısında yandıran qazi ilə bağlı- Rəsmi açıqlama

18/08/2022 15:29

“Covid-19” və meymunçiçəyi viruslarına yoluxanların sayında artım olub

“Covid-19” və meymunçiçəyi viruslarına yoluxanların sayında artım olub

18/08/2022 15:28

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.