Bütün dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronovirusla bağlı maraqlı araşdırma aparılıb. Finlandiyanın paytaxtında yerləşən Helsinki Universitetinin nəticələri labrador və çoban itlərinin müsbət halların 97 faizini aşkar edə bildiyini ortaya qoyub.
Medianews.az xəbər verir ki, bu nisbət, itlərin “Covid-19”u aşkar etməkdə mövcud testlərdən daha etibarlı olduğunu ortaya qoyub.
Araşdırmada hava limanı kimi yerlərdə olan itlərdə virusun aşkarlanma nisbətinin 99 faizə qədər artdığı müəyyən edilib. Son zamanlar tez-tez rast gəlinən ev testlərində bu nisbətin 72 faiz olduğunu nəzərə alsaq, itlərin testlərə nisbətən daha etibarlı nəticələr verə bildiyi müəyyən edilmişdir.
Finlandiyadan olan tədqiqatçılar hava limanlarında və insanların çox olduğu ictimai yerlərdə itlərdən istifadənin “epidemiyanın qarşısını almaq üçün qiymətli vasitə” ola biləcəyini bildiriblər.
Qeyd edək ki, Helsinkidə aparılan araşdırmalarda tədqiqatçılar dörd fərqli itə koronavirusla bağlı təlimlər keçiblər. Daha sonra onlardan müsbət nəticə verən 114 könüllünü müayinə etmələri istənilib. 114 könüllünün boyun, alın və biləklərindən götürülmüş dəri nümunələri itlər tərəfindən iylənilib. İtlərin yoluxmuş şəxsləri aşkar etmələri 92 faiz doğru olub. Belə ki, itlər pəncələrini uzadaraq və ya oturaraq müsbət hal göstəriblər.
Mütəxəssislər, simptomları olmayan xəstələrin də itlər tərəfindən aşkarlana biləcəyini vurğulayırlar.
Leyla