“Bu gün Ukrayna ətrafında baş verənlərin hamısı Qərbin siyasəti ilə bağlıdır”.
Medianews.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Avropanın Rusiyanın resurslarından imtina etməsi isə intihara bənzəyir. Dünya enerji sənayesində problemlərin əsas səbəbi Qərbin düşünülmüş siyasətidir. Avropa ölkələri Rusiya enerji daşıyıcılarına sanksiyalar tətbiq edirlər. Amma onlar öz iqtisadiyyatlarına dəyən ziyana əhəmiyyət vermirlər”, – o söyləyib.
Medianews.az