Estoniyanın baş naziri Kaja Kallas dünya liderlərini Rusiya prezidenti Vladimir Putinə zəng etməməyə çağırıb.
Medianews.az xəbər verir ki, EURACTIV saytına danışan Kallas, Ukraynadakı müharibə zamanı Rusiya ilə telefon diplomatiyasını tənqid edərək, Putinlə danışmağın mənası olmadığını bildirib.
Liderlərin Putinə çağırışının Rusiyanı təcridetmə səylərini baltaladığını deyən Kallas, “ona davamlı olaraq zəng vursaq, tək qaldıqları mesajını almayacaqlar. Bu mesajı vermək istəyiriksə, ona zəng etməyin” mesajını verib.
“Putin özünü diqqət mərkəzində görür, çünki hamı onunla danışmaq istəyir. Bütün bu danışıqlara baxmayaraq, Buça və İrpində baş verənlərdən də aydındır ki, biz münaqişənin azaldığını görmürük”,-deyə çıxışına əlavə edib.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzun Putinlə görüşləri bundan əvvəl də tənqid hədəfinə çevrilmişdi.
Leyla