“Twitter”i 44 milyard dollara alan İlon Mask alış qiymətinin aşağı salınmasının gündəmdə olduğunu bildirib.
Medinews.az xəbər verir ki, keçən həftə “Twitter”i almaqdan vaz keçə biləcəyi ilə bağlı iddiaları rədd edən Mask, hazırda platformada saxta istifadəçilərin hesablanması davam etdiyi üçün müqavilə müvəqqəti olaraq dayandırıldığını bildirib.
Bloomberg-in xəbərinə görə, İlon Mask Mayamidə bağlı qapılar arxasında keçirilən tədbirdəki çıxışında “Twitter” satışında yeni qiymət sövdələşməsinin mümkün olduğunu bildirib. Daha aşağı qiymətə satışın gündəmdən çıxmadığını ifadə edən Musk, “mənə deyilən bot hesablarının sayını bilmək üçün heç bir yol yoxdur” deyə qeyd edib. Twitter rəsmilərinin onu saxta hesablarla aldatdığını iddia edən Musk, “daha çox sual verdikcə narahatlığım artır” deyə bildirib.
Analitiklərin fikrincə, İlon Mask satışda olan qiyməti aşağı salmaq üçün “Twitter”də saxta hesablardan tez-tez danışır. Digər tərəfdən, onun son açıqlamaları İlon Maskın “Twitter”dən imtina edə biləcəyi ilə bağlı şərhlərə səbəb olur.
Leyla