ABŞ prezidenti Co Baydenin təxminən 500 ABŞ əsgərinin Somaliyə köçürülməsinə icazə verdiyi iddia edilir.
Medianews.az xəbər verir ki, yüksək rütbəli administrasiya rəsmisi verdiyi açıqlamasında, “Prezident Bayden Müdafiə Nazirinin əş-Şəbabla daha effektiv mübarizə aparmaq üçün ABŞ-ın Somalidə daimi hərbi mövcudluğunu bərpa etmək tələbini təsdiqlədi” deyə bildirib.
“Biz Əl-Şəbabın amerikalıları hədəfə almaq niyyəti və qabiliyyətinə malik olduğuna dair açıq sübutlar gördük” deyən rəsmi, Bayden administrasiyasının bununla bağlı mövqeyini “ABŞ-ın Somalidə kiçik, daimi mövcudluğu” olaraq dəyişdiyini söyləyib.
Somalidə yenidən yerləşdiriləcək əsgərlərin sayının 500-dən az olacağını bildirən rəsmi, ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövründə əsgərləri geri qaytarma siyasətinin “qüvvədən qorunma riski” yaratdığını bildirib. Rəsmi izah edib ki, prezident Bayden “özəl operatorların təhlükəsizliyini və səmərəliliyini artırmaq qərarına gəlib”.
Xatırladaq ki, Trampın 2020-ci ilin dekabrında ABŞ qoşunlarını Somalidən çıxarmasından əvvəl təxminən 700 ABŞ əsgəri Somalidə öz hakimiyyətini qurmaq istəyən terror təşkilatı Əl-Qaidə ilə əlaqəli Əl-Şəbabla mübarizədə yerli qüvvələrə yardım edirdi.
Leyla