Fransada aprelin 24-də keçirilən prezident seçkilərinin ikinci turundan sonra baş nazir Jan Kasteks istefa verib. Castex istefa ərizəsini prezident Emmanuel Makrona təqdim etdikdən sonra ölkənin yeni baş naziri açıqlanıb.
Medianews.az xəbər verir ki, Makron 61 yaşlı nazir Elisabeth Borneni Castexin kreslosuna gətirib.
Prezidentin bəyanatında deyilir: “Prezident Elizabet Borneni baş nazir təyin edib və ona hökuməti formalaşdırmağı tapşırıb”.
Digər tərəfdən Makron sosial media hesabından etdiyi paylaşımda Castex və komandasına ölkəyə göstərdiyi xidmətlərə görə təşəkkür edib:
“Təxminən iki il Fransaya xüsusi bağlılıqla xidmət etdi. Görülən işlərlə, əldə olunan nəticələrlə birlikdə fəxr edək”.
Qeyd edək ki, Born 1991-1992-ci illərdə baş nazir vəzifəsində çalışmış Edit Kressondan sonra bu vəzifəyə təyin olunan ilk qadın olub. Baş nazir vəzifəsinə təyin edilən və yeni hökuməti formalaşdırmaqla vəzifələndirilən Borne, Makron dövrünün ilk Baş naziri olan Eduard Filipin hökumətində nəqliyyat naziri vəzifəsində çalışmış, daha sonra ətraf mühit naziri vəzifəsinə təyin edilmişdir.
Leyla