Rusiya ordusu Ukraynanın Mariupol şəhərində “Azovstal” zavoduna hücumlarını davam etdirir. Rusiyaya qarşı müqavimətini davam etdirən Ukrayna əsgərlərinin yerləşdiyi fabrikə Rusiya ordusunun fosfor bombası ilə hücum təşkil etdiyi iddia edilir.
Medianews.az xəbər verir ki, Mariupol merinin müşaviri Petro Andriuşşenko sosial media hesabından bununla bağlı açıqlama verib.
“Dünən işğalçılar Mariupolun müdafiəçilərinə qarşı ilk dəfə yandırıcı və ya fosfor bombalarından istifadə etdilər. İşğalçılar termit qatlı 9M22C yandırıcı bombadan istifadə etdiklərini iddia edirlər. Yanma temperaturu təxminən 2 min-2 min 500 dərəcə selsidir. Yanmağı dayandırmaq mümkün deyil”.
Ukrayna mətbuatında yer alan xəbərlərdə Rusiyanın mühasirəsində olan Azovstal zavodunda tibbi yardım ala bilməyən 600-ə yaxın yaralı əsgərin olduğu bildirilir.
Leyla