Fevralın 24-dən Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, İngiltərə Müdafiə Nazirliyi diqqətçəkən açıqlama yayıb.
Medianews.az xəbər verir ki, Xarici İşlər Nazirliyi, bəzi kəşfiyyat məlumatlarına əsaslanaraq, Rusiyanın hərbi gücünün böyük itki verdiyini açıqlayıb.
Açıqlamada Rusiya prezidenti Vladimir Putinin ordusunun üçdə birinin məhv edildiyi bildirilib. Hesabatda həmçinin qeyd olunub ki, Rusiyanın Ukraynanın şərqində Donbas bölgəsində davam edən hücumları qrafikdən geri qalıb.
İngilis mediasında yer alan xəbərdə, “kiçik qazanclar istisna olmaqla, Rusiya son bir ayda böyük, əhəmiyyətli qazanc əldə etməyib və o, fevralda Rusiyanın cəbhəyə apardığı əsgərləri itirib”, – deyə bildirilir.
Qeyd edək ki, Putinin “xüsusi hərbi əməliyyat” olaraq xarakterizə etdiyi işğal prosesi zamanı Rusiyanın cəbhəyə 150-190 min əsgər göndərdiyi təxmin edilir.
Leyla