Türkiyənin məşhur müğənnisi Hadisə Açıkgöz Antalyanın Kumluca rayonunda keçirilən 23-cü Kənd Təsərrüfatı Festivalı çərçivəsində təşkil olunan xalq konsertində “fəxri ada” layiq görülüb.
BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, sənətçi ilin “Pomidor kraliçası” seçilib.
Konsertdə çıxış edən Hadisə “Gələcək siz gənclərin əlindədir. Nə istəsəniz, onu həyatınızda reallaşdırın. Bu axşam burada olduğum üçün çox şadam” – deyib.