Rusiyanın Ukraynaya hücumları 81-ci günündə də davam edərkən, Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Kirilo Budanov diqqətçəkən açıqlama verib.
Medianews.az xəbər verir ki, Moskvanın böyük itkilər verdiyini iddia edən Budanov müharibənin 2022-ci ilin sonunda bitəcəyini bildirib.
Rusiyanın işğal etdiyi Ukrayna ərazisində müharibə iki aydan çoxdur ki, davam edir. Bu günə qədər minlərlə insan müharibədə həyatını itirib, 1 milyondan çox insan ölkəni tərk edib. Ölkənin müxtəlif bölgələrində münaqişələr tam sürətlə davam edərkən, hər iki tərəfin nümayəndə heyətləri danışıqlar masasına ortaq yol tapmaq üçün danışıqları davam etdirirlər.
Bütün dünyanın gözü bölgədən gələn xəbərlərə yönəldiyi bir vaxtda Ukrayna Hərbi Kəşfiyyatının rəisi, general-mayor Kirilo Budanovdan diqqətçəkən açıqlama verib. Budanov Moskvanın böyük itkilər verdiyini iddia edib və avqustun ortalarında dönüş nöqtəsinin proqnozunu verib. General-mayor ən aktiv döyüş hərəkətlərinin bu ilin sonuna kimi başa çatacağına inandığını bildirib.
Turan Oruc
Medianews.az