Koronavirus Epidemiyasının ən qalmaqallı simalarından olan Bill Qeytslə bağlı yeni məlumatlar yayılıb.
Medianews.az xəbər verir ki, Bill Qeyts son müsahibəsində Covid-19 peyvəndlərinə mikroçiplərin yerləşdirilməsi ilə bağlı dedi-qodular haqqında çox təəccüblü açıqlamalar verib.
Adı adətən həmtəsisçisi olduğu “Microsoft” və pandemiyaya qədər “Bill & Melinda Gates” fondu ilə birlikdə hallanan məşhur iş adamı, pandemiya ilə bəzi seqmentlər tərəfindən epidemiyanın arxasında duran sima olmaqda günahlandırıldı. Covid-19 peyvəndlərinin hazırlanmasından sonra Qeytsin adı bu dəfə də “peyvəndlərə çiplərin qoyulması” ilə bağlı dedi-qodularla hallanmağa başladı. Hətta onun bu ittihamlara görə məsuliyyətə cəlb ediləcəyini deyənlər də oldu. Əvvəllər bu nəzəriyyələrlə bağlı fikirlərini tez-tez paylaşan Bill Qeyts son müsahibəsində də bu barədə detallı danışıb.
CNN-in müxbiri Anderson Kuperə verdiyi müsahibədə Bill Qeyts Covid-19 peyvəndlərinin mikroçiplənməsi ilə bağlı nəzəriyyələrin insanların peyvənd olunmasına mane olmasın faciə adlandırıb.
“Niyə insanları izləməkdə və insanların harada olduqlarını bilməkdə maraqlı olduğumu düşündüklərini bilmirəm. Bu, mənim gülməli olduğum bir şeydir, lakin bu, insanların peyvənd olunmasına mane olursa, bu faciədir”, –deyə Bill Qeyts bildirib.
Məşhur iş adamı eyni zamanda insanların Covidin sürətli inkişafının arxasında duran qarışıq elmi anlamağa çalışmaqdansa, peyvəndlərin yalnız mənfəət üçün hazırlandığı iddiası kimi “sadə izahatlara” inanmalarının daha asan ola biləcəyini ifadə edib.
Qeyd edək ki, məşhur milyarder pandemiyanın elə ilk günlərindən Covid-19 peyvəndlərinə çiplər yerləşdirməkdə günahlandırılırdı. Bill Qeyts daha əvvəl də bu nəzəriyyələri gülünc və qəribə adlandırmışdı.
Turan Oruc
Medianews.az