Türkiyədə zibil yığılan ərazidə bıçaqlanaraq yanan qadının cəsədi tapılıb.
Medianews.az xəbər verir ki, hadisə Türkiynin Şırnak vilayətində baş verib.
5 uşaq anası olan qadının ölümü ilə bağlı 2-si qayını olmaqla 3 şübhəli nəzarətə götürülüb.
Cəsədi tapan polsilər qadının əvvəlcə bıçaqlandığını, sonra isə yandırıldığını müəyyən edib. Əldə edilən məlumata görə, şəxsiyyəti müəyyən edilən qadının Vanda doğulmuş 40 yaşlarında, 2-si əlil olan 5 uşaq anası Sakine Külter olduğu müəyyən edilib. Kulterin cəsədi evindən 10 kilometr aralıda zibillikdə tapılıb. Daha sonra DNT və yarılma əməliyyatları üçün Şırnak Dövlət Xəstəxanasına aparılıb.
İddialara görə 40 yaşlı qadın qayınları tərəfindən pula üstündə öldürülüb. Qeyd olunub ki, şübhəlilərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Turan Oruc
Medianews.az