İşğal cəhdinin ilk günündən bəri verdiyi qərarlar və açıqlamaları ilə gündəmdə olan Rusiya prezidenti Vladimir Putin bu dəfə səhhəti ilə bağlı manşetlərə yer verib.
Medianews.az-ın xəbərinə görə, mətbuatın təqdim etdiyi səs yazısında iki rus oliqarxının bir-biri ilə danışdığı, onlardan birinin Putinin qan xərçəngi olduğunu dediyi eşidilib.
Son iki ay yarım ərzində qızğın müharibənin ortasında dəfələrlə kameralar qarşısına çıxmaq məcburiyyətində qalan Rusiya lideri özünün davranışı və səbirsizliyi ilə növbəti dəfə xəstəlik dedi-qodularının mərkəzinə qoyub. Onun fiziki vəziyyəti hər tərəfli araşdırılmağa başlanılıb.
“New Lines” jurnalı tərəfindən çəkilmiş və dərc edilmiş səs yazılarına görə, bu sualın cavabı bəllidir. Qərb sərmayədarı tərəfindən ələ keçirildiyi və “New Lines” jurnalına göndərildiyi deyilən səs yazısında bir-biri ilə danışan iki rus oliqarxdan birinin Putinin qan xərçəngi olduğunu dediyi eşidilir.
Səs yazısında oliqarxlardan biri deyir ki, Putinin pandemiya ilə bağlı gördüyü tədbirlər və onu ziyarət edən insanları oturtduğu uzun masalar onun əməliyyat olunduğu və müalicə prosesi olduğu anlamına gəlir.
Qeyd edək ki, Müdafiə naziri Şoyqu ilə Putin təkbətək görüşərkən, Putin oturduğu masanı hər an yıxılacaqmış kimi möhkəm tutması da gündəm olmuşdu.
Qan xərçəngi çox ciddi və müalicəsi çətin bir xəstəlik olmaqla yanaşı orqanizmin öz müdafiə sisteminə və toxunulmazlığına zərər vurduğu üçün, koronavirus epidemiyasının davam etdiyi bu günlərdə Putinin danışıqları ilə bağlı həssaslığı daha da məna kəsb edir.
Səs yazısında Kremllə yaxın əlaqələri olan və şəxsiyyətini qorumaq üçün sadəcə olaraq “Yuri” adlandırılan oliqarx iddia edib ki, Putinin əziyyət çəkdiyi güman edilən bir sıra sağlamlıq problemləri onun qan xərçəngi xəstəliyi ilə bağlıdır. Səs yazısında Putini Ukrayna müharibəsinə görə açıq şəkildə qınayan oliqarx “Biz hamımız Putinin xərçəngdən və ya ən yaxın qohumlarından aldığı zərbədən öləcəyinə ümid edirik” deyib.
Turan Oruc
Medianews.az