Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.
Medianews.az APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Günəşli V massivində qeydə alınıb. Belə ki, 10-cu binada yaşayan 1990-cı il təvəllüdlü Məmmədova Gülər Sahib qızı 9-cu mərtəbənin balkonundan yerə atıb. O, aqonal vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.
Medianews.az