Ukraynada Putinin göstərişi ilə başlayan işğal 79 gündür davam edir. Regionda daim qaynar toqquşmalar yaşansa da, Rusiya ordusunun itkiləri artır.
Medianews.az xəbər verir ki, Ukrayna ordusu ölkənin şərqində Donets çayını keçməyə çalışan rus əsgərlərini pusquya salıb.
İşğala müqavimət göstərən Ukrayna ordusu rus əsgərlərinin Donets çayını keçmək üçün tikdiyi ponton körpüsünü partladaraq Lisiçanska keçidi bağlayıb. Hadisə nəticəsində pusquya düşən rus ordusu onlarla əsgərini və zirehli texnikasını itirib.
Ukrayna Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, rus əsgərlərinin ölkənin şərqindəki Severski Donets çayını keçmək cəhdi uğursuzluqla başa çatıb. Bildirilib ki, rus əsgərləri tanklar, piyadaların döyüş maşınları və zirehli transportyorlar da daxil olmaqla onlarla maşınla çayı keçməyə başlayıb, Ukrayna qüvvələri isə çayda əvvəllər yaradılmış ponton körpüsünü partladıb.
Pusquya düşən rus ordusunun onlarla əsgər və texnikasını itirdiyi və ağır itki verdiyi bildirilib. Daha sonra qeyd olunub ki, Rusiya ordusunun məqsədi çayı keçərək Luqansk vilayətinin Lisiçansk şəhərini mühasirəyə almaq olub. Ukrayna Müdafiə Nazirliyi Rusiya ordusunun əsgər itkilərini kompensasiya etmək üçün Siverski Donets çayına yenidən yerləşdiriləcəyi barədə xəbərdarlıq edib.
Turan Oruc
Medianews.az